20:24 Bazar Ertəsi, 19 Avqust 2019
İDMAN

Neftçi” “Qarabağ”la oyuna biletləri 50 manata satır

12:36, 11.05.20193735
Neftçi” “Qarabağ”la oyuna biletləri 50 manata satır
Bu, Azərbaycan derbisidir. Ona görə də biletlərin qiymətini 50 manata qaldırdıq.

AZXEBER.COM xəbər verir ki, bunu Oxu.Az-a "Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev biletlərin 1-5 manatdan 50 manata kimi artırılmasını şərh edərkən bildirib.

O qeyd edib ki, biletlərdə qiymət artımı kommersiya məqsədi ilə edilib:

"Neftçi” - "Qarabağ” oyunu çempionatın son turunun mərkəzi qarşılaşması olduğuna görə çox sayda azarkeşin gələcəyi gözlənilir. Bu üzdən biz də biletlərin qiymətini qaldırmaq qərarına gəldik. İstəyən pul verib, bilet alsın.

Ümumiyyətlə, bizdə həmişə biletlər oyun günü satılıb. Yəni bu oyun üçün əvvəlki günlərdə 1 manatlıq bilet heç kimə satılmayıb”.

11:53

Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində bu gün saat 18:00-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” - "Qarabağ” oyununun biletlərinin qiyməti qaldırılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, meydan sahibi "Neftçi” bu oyuna biletlərin qiymətinin bütün sektorlara 50 AZN təşkil etdiyini açıqlayıb. 

Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Bundan əvvəl "Neftçi”nin oyununa biletlərin qiyməti 1-5 manata olurdu.

Qeyd edək ki, "Neftçi”ni çempionluqdan edən "Qarabağ” komandası bu gün qızıl medalları məhz bu meydanda alacaq və kuboku bu stadionda başı üzərinə qaldıracaq. 
XƏBƏR LENTİ