xari

"Neftçi" "Sabah"ı məğlub edib liderliyə yüksəldi

İDMAN
20:23 20.12.2020
228
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son oyunu keçirilib.

"Bank Respublika Arena"da "Sabah" və "Neftçi" komandaları üz-üzə gəlib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Namik Ələsgərov vurub.

25 yaşlı yarımmüdafiəçi 45+3-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. 65-ci dəqiqədə isə o, dubl edib.

Bu qələbə sayəsində xalını 21-ə çatdıran "Neftçi" liderliyə yüksəlib. "Sabah" isə 10 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, turun ilk 3 oyununda "Qəbələ" evdə "Qarabağ"la 1:1, "Zirə" "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib, Keşlə" isə "Səbail"ə uduzub - 0:2.

OXŞAR XƏBƏRLƏR