Nərgiz Cəlilova: Hamımız gördüyümüz işdən zövq almağı bacarsaq, onda uğur qazana bilərik

11 Avqust 2016, 12:44
AAA

Azərbaycanın məşhur teleaparıcısı Nərgiz Cəlilova tanınmış insanları digərlərindən fərqləndirən xüsusiyyətlər, həyata keçməyən ən böyük arzusu və digər məqamlar haqqında “Hennessy Very Special Cocktail” müsabiqəsinin layihəsində danışır.

Fərqli olmaq, seçilmək əslində çox xoş bir duyğudur.

Düşünürəm ki, hər bir insan fərqli olmağa can atır. Sadəcə çalışmaq lazımdır ki, o yoldan səni heç nə çəkindirməsin. Bizi - aparıcıları fərqli edən bizim peşəmizdir. Təsəvvür edin, minlərlə insanın sevdiyi, bəyəndiyi, pərəstiş etdiyi tanınmış insanlarla biz birbaşa ünsiyyətdə ola bilirik, onlarla söhbət edir, görüşürük. Amma bunun bir maraqlı tərəfi də odur ki, biz bunu tamaşaçılarla paylaşırıq.

Səhnəyə çıxanda minlərlə insan sənə tamaşa edir. Sən çalışırsan ki, onları ələ alasan. Burada da artıq sən digərlərdən fərqlənirsən. Əsas odur ki, seçilməyinlə, fərqli olmağınla öyünməyəsən. Bir az nəsihət kimi oldu (gülür). Peşəkarlar məhz buna can atır.

Nərgiz

Məncə uğur qazanmaq - çalışmaq deməkdir.

Bəzən belə ifadə işlədirlər: "Çox istedadlı olmaq olar, amma sən bunun üçün çalışmırsansa, zəhmət çəkmirsənsə, heç vaxt uğur qazana bilməzsən". Ona görə də mənim üçün uğur və çalışmaq assotiativ olaraq bir-birini tamamlayır. İnsan bəzən müəyyən bir səviyyəyə çatanda artıq düşünür ki, zirvədədir. Amma mənə elə gəlir ki, zaman, dünya dəyişdikcə, biz də dəyişirik, meyarlar da dəyişir. Əgər sən öz üzərində çalışmır, püxtələşmirsənsə, uğur qazana bilməzsən. Hamımız gördüyümüz işdən zövq almağı bacarsaq, onda uğur qazana bilərik. Bunu təkcə biz aparıcılara deyil, bütün peşə sahiblərinə aid etmək olar.

Arzularım ümmandır

İndiyə qədər təbii ki, bir çox arzularım yerinə yetib. Amma ilk baxışdan banal səslənən bir sual var: "İkinci dəfə dünyaya gəlsəydiniz, kim olmaq istərdiniz?". Mən bu sualı elə də banal hesab etmirəm, çünki mən ikinci dəfə özümə peşə seçmiş olsaydım, idmançı olardım. Ümümiyyətlə, uşaqlıqdan bunu arzulayıb, öz üzərimdə çalışıb müəyyən bir mərtəbəyə çatmaq istəyərdim. İdmanın elə bir növünü seçərdim ki, orada insan faktoru olmasın, çünki insanların, daha dəqiq desək, münsiflərin fikirləri həmişə subyektiv olur. Məsələn, 100 metr məsafədə qaçıb birinci olursan. Artıq sənə heç bir irad tutula bilməz. Hətta həmin idmançını sevsələr də, sevməsələr də, bu, artıq faktdır. O, məsafəni hamıdan birinci qət edib.

Ancaq bizim peşəmiz başqa cürdür. Zövqlər müxtəlif olduğundan münasibət də fərqlidir. Ona görə ən böyük və həyata keçməyən arzum idmançı olmaq olub. Bundan sonra olacaq arzumu da elə idmana bağlayıram. Ən böyük istəyim "Wimbledon", "US Open" kimi böyük turnirləri favorit idmançılarımın ifasında izləməkdir. Məsələn, "US Open"də Serena Uilyamsın, yaxud kişilər arasında ən çox sevdiyim tennisçi Rafael Nadalın oyununu izləmək istərdim. Düşünürəm ki, bir gün bu arzum yerinə yetəcək.

Nərgiz

İnsan hər yaşda müdrikdir.

Məsələn, 3 yaşlı bir uşaqla söhbət edəndə o elə bir ifadə işlədər ki, sən yaxşı mənada təəccüblənib, "o nə qədər ağıllıdır" deyərsən. Yəni, hər yaş dövrünün öz müdrikliyi var. Heç vaxt 3 yaşlı uşaqdan 20-25 yaşında insanın ağlını, savadını tələb edə bilməzsən. Ümumiyyətlə deyirlər ki, insan yaşa dolduqca müdrikləşir, müəyyən həyat təcrübəsi toplayır, səhvlərini anlayır. Məncə, insan o vaxt müdrikliyə çatır ki, artıq etdiyi səhvi təkrarlamır. Amma bəzən özündən yaşca kiçik insanlarla da ünsiyyətdə olanda onlardan çox ağıllı fikirlər eşidə, müdrikləşə bilərsən. Yəni, bu, yaşla əlaqəli deyil.

Nərgiz

Kim layiqdirsə, o qazansın

Mən həmişə televiziyada və ya tədbirlərdə keçirilən müsabiqələri izləyəndə düşünürəm ki, qalib olmaq necə gözəl hissdir. Sonra yadıma düşür ki, axı mən özüm də vaxtilə Azərbaycan televiziyasında diktorlar arasında keçirilən müsabiqənin qalibi olmuşam. Bilirsiniz, kənardan izləyəndə adama qəribə gəlir ki, mən də qalib ola bilərəm? Sonra xatırlayırsan ki, sən də nə vaxtsa qalib olmusan.Azərbaycanda gözəl məkanlar - kafelər, restoranlar, otellər açılır. Mənə elə gəlir ki, peşəkar barmenlərə ehtiyacımız var. Bakıya çoxlu sayda turistlər gəlir. Qoy, onlar özlərini Avropadakı kimi hiss etsinlər. Bakı artıq Avropanın bir parçasıdır. Biz burada hansısa bir məkana gedəndə xarici ölkələrlə müqayisə etsək, heç bir fərq görmürük. Ancaq xidmət baxımından hələ öyrənə biləcəyimiz çox şey var. Bütün iştirakçılara uğurlar arzulayıram.Kim layiqdirsə, o qazansın.Mənbə: http://www.buro247.az/lifestyle/news/n-rgiz-c-lilova-hennessy-very-special-cocktail-m-s.html


Oxunma sayı : 1793

SON XƏBƏRLƏR
Qənirə Paşayeva Milli Məclisdə tələbələrin problemlərindən danışdı - 21 Noyabr 2017, 21:52
Sabah Bakının bir hissəsi təbii qazsız qalacaq - 21 Noyabr 2017, 20:23
İordaniyada pişiyi dövlət işinə götürdülər - 21 Noyabr 2017, 19:54
Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır” - 21 Noyabr 2017, 19:51
Ən təhlükəli parollar açıqlandı - 21 Noyabr 2017, 19:28
General: “Qarabağ”-ın oyununda təhlükəsizlik təmin olunacaq - 21 Noyabr 2017, 19:06
Fədayə Laçın ev dustağı olmaq istəyir - 21 Noyabr 2017, 18:45
Dövlət müşavirləri vəzifəsi ləğv edildi – SƏRƏNCAM - 21 Noyabr 2017, 18:21
Azərbaycanda üçəm doğuldu: Mehriban, Leyla, Arzu - 21 Noyabr 2017, 17:42
Sevinc Ağasıyeva: "Bu işdən çox böyük zövq aldım" - FOTOSESSİYA - 21 Noyabr 2017, 17:38
Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik - 21 Noyabr 2017, 17:23
"Banklar vətəndaşlara kömək etsin" - Siyavuş Novruzov - 21 Noyabr 2017, 17:15
Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün - 21 Noyabr 2017, 16:53
Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür - 21 Noyabr 2017, 16:47
“BakuBus”ın avtobusu gənc qızı vurdu - 21 Noyabr 2017, 16:46
İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsil Naziri olmaq istəyir - 21 Noyabr 2017, 16:32
"Xarici şok baş verməzsə, valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov - 21 Noyabr 2017, 16:27
Suraxanıda körpə meyiti aşkarlandı - 21 Noyabr 2017, 16:23
"Bəzi səfirliklər bağlansın" - Deputatdan tələb - 21 Noyabr 2017, 16:21
İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA - 21 Noyabr 2017, 16:06
"Dəmirbank"a depozit qoymaq istəyənlərin milyonları mənimsənildi - 21 Noyabr 2017, 16:02
"Mənimlə yatın, yaxşı qiymət yazım" - əxlaqsız müəllimdən təklif - 21 Noyabr 2017, 16:00
Gəncədə “Bugünkü yatırım sabaha inamdır” gənclər üçün məşğulluq layihəsi həyata keçiriləcək - 21 Noyabr 2017, 15:57
“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov - 21 Noyabr 2017, 15:53
Bu filmdə İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənir - VİDEO - 21 Noyabr 2017, 15:50
Mətanətin qızının Antalyadakı toyundan - FOTOLAR + VİDEO - 21 Noyabr 2017, 15:46
“ASAN Radio” Gəncədə yayıma başladı - 21 Noyabr 2017, 15:44
Bakıda daha bir avtobusun hərəkət trayektoriyası dəyişdi - 21 Noyabr 2017, 15:40
"Çelsi" Bakıda 150 polisin mühafizəsi altında məşq edəcək - 21 Noyabr 2017, 15:32
Lənkəranda “zapravka”da yanğın - Yaralananlar var - 21 Noyabr 2017, 15:25
Azərbaycanlı məşhurlar gömrük işçilərinə qarşı: "Bu adamların tərbiyəsizliyinə nə vaxt son qoyulacaq?" - 21 Noyabr 2017, 15:04
"Əlimdə olan futbolçular məni qane edir" - Qurban Qurbanov - 21 Noyabr 2017, 14:31
Azərbaycan sərt pul siyasət yürüdəcək - 21 Noyabr 2017, 14:16
Konte: ""Qarabağ" son 2 oyunda əla çıxış edib" - 21 Noyabr 2017, 14:13
“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - Deputat - 21 Noyabr 2017, 14:03
Sürücüləri hər gün bezdirən siğorta şirkətləri: Nömrələrimizi onlara kim satır? - 21 Noyabr 2017, 13:56
Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda - 21 Noyabr 2017, 13:42
Azərbaycanlı manyakdan dəhşətli etiraflar: "Adam ətindən qutab bişirib vağzalda satırdıq" - VİDEO - 21 Noyabr 2017, 13:22
“Alkoqollu içkilər və siqaretin qiyməti iki dəfə arta bilər” - Maliyyə naziri - 21 Noyabr 2017, 13:22
Sabah bəzi yerlərdə sulu qar yağacaq - 21 Noyabr 2017, 13:14
Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir - 21 Noyabr 2017, 12:52
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirildi - 21 Noyabr 2017, 12:48
"Qarabağ danışıqları tezliklə başa çatmayacaq” - Lavrov - 21 Noyabr 2017, 12:36
Yasəmən Əliyeva ilə bağlı yazı təkzib edildi – “Şikayətçi” “itib” - 21 Noyabr 2017, 12:29
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev - 21 Noyabr 2017, 12:21
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10