Nərgiz Paşayeva Robert Sekuta ilə görüşdü

13 İyul 2017, 19:31
AAA
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında bu ali təhsil ocağının rektoru akademik Nərgiz Paşayevanın iyulun 12-də ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşü olub.
 
AZXEBER.COM  "Trend-ə istinadən xəbər verir ki, rektor akademik Nərgiz Paşayeva universitetin fəaliyyəti, fakültə və ixtisaslar, həmçinin burada yaradılmış tədris laboratoriyaları haqqında qonağa ətraflı məlumat verib, Filialın gələcək inkişafı və yaxın illərdə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə edib.
 
Görüşdə Filialın nüfuzlu xarici universitetlərlə hazırkı əlaqələri və gələcək planları ilə bağlı, o cümlədən Böyük Britaniyanın Oksford Universiteti ilə əməkdaşlıq məsələlərinə toxunulub.
 
Akademik Nərgiz Paşayeva 2013-cü ildə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti haqqında danışıb.
 
Qeyd olunub ki, Nizami Gəncəvi adına Elmi Mərkəz Azərbaycanın mədəniyyəti və tarixi irsi ilə bağlı ciddi və əhəmiyyətli elmi-tədqiqat layihələri həyata keçirir, müxtəlif beynəlxalq elmi konfranslar və seminarlar təşkil edir. Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bərdədə qazıntılar aparan alim və mütəxəssislərindən ibarət arxeoloji ekspedisiyanın fəaliyyəti haqqında səfirə ətraflı məlumat verib.
 
Bu il iyunun 5-də Londonda Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin şərqşünas-alim Yevgeni Bertelsin "Böyük Azərbaycan şairi Nizami” ("The Great Azerbaijani Poet, Nizami”) kitabının ingilis dilinə ilk akademik tərcüməsinin təqdimat mərasiminin keçirildiyini diqqətə çatdıran M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru həmin kitabın bir nüsxəsini qonağa təqdim edib.
 
Səfir Robert Sekuta akademik Nərgiz Paşayevaya təşəkkür edərək bildirib ki, Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin fəaliyyəti və orada görülən işlər onda böyük maraq doğurub.
 
Nizami Gəncəvi adına Elmi Mərkəzin fəaliyyətini bundan sonra da diqqətdə saxlayacağını vurğulayan səfir, bu Mərkəzin gələcəkdə daha böyük layihələr həyata keçirəcəyinə əmin olduğunu deyib və akademik Nərgiz Paşayevaya uğurlar arzulayıb.
 
Sonra görüş iştirakçıları daha bir uğurlu başlanğıc və layihə haqqında söhbət açıblar. Akademik Nərgiz Paşayeva bu yaxınlarda Böyük Britaniyada yaradılmış və rəsmi qeydiyyatdan keçmiş "Britaniya Fondu” haqqında da səfir R.Sekutaya məlumat verib.
 
Səfir Robert Sekuta İngiltərədə yeni yaradılmış "Britaniya Fondu”nun Azərbaycanı və Qafqaz bölgəsini hərtərəfli öyrənməkdə mühüm vasitəyə çevriləcəyinə ümidvar olduğunu deyib və bu cür qurumların, xüsusilə də humanitar sahədəki əlaqələrin yeni, daha yüksək səviyyəyə qaldırılmasında önəmli rolunu qeyd edib.
 
Görüşün sonunda səfir Robert Sekuta akademik Nərgiz Paşayevaya səmimi görüşə, maraqlı söhbətə və aparılan fikir mübadiləsinə görə təşəkkür edərək deyib ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında bir çox sahələrdə əlaqələr dinamik şəkildə inkişaf edir və genişlənir. Səfir Filialda görülən işləri yüksək qiymətləndirərək, gələcəkdə ABŞ-ın elm və təhsil strukturlarının Moskva Dövlət Universitetinin Bakı filialı ilə sıx əməkdaşlıqda maraqlı olacaqlarına əminliyini bildirib.
 
MDU-nun Bakı filialının rektoru akademik Nərgiz Paşayeva da rəhbəri olduğu ali təhsil ocağına gəldiyinə, gələcək əməkdaşlıqda maraqlı olduğuna və Filialın ünvanına söylədiyi xoş sözlərə görə səfir Robert Sekutaya minnətdarlığını bildirib.

Oxunma sayı : 459

SON XƏBƏRLƏR
AZTV-nin efirində mahnı oxuyan gənc hamını şoka saldı: "Ayə, harayə gedirsən ayə?" (VİDEO) - 24 Noyabr 2017, 00:08
Məşhur futbolçuya 9 il həbs verildi - 23 Noyabr 2017, 23:25
Azərbaycan sərhədi yaxınlığında deputatlar arasında atışma: Ölənlər var - 23 Noyabr 2017, 22:40
Bu rayonlarda çörəyin qiyməti ucuzlaşdı – VİDEO - 23 Noyabr 2017, 22:10
Ermənilər işğal edilmiş Qarabağda təlimlər keçiriblər - 23 Noyabr 2017, 21:53
Bakıda İran vətəndaşı döyüldü - 23 Noyabr 2017, 21:39
Bakıda qadınlar arasında dava - 23 Noyabr 2017, 21:10
İŞİD öz üzvlərinin başını kəsdi - 23 Noyabr 2017, 20:56
Bir ayda 278 azərbaycanlı Türkiyədə ev alıb - 23 Noyabr 2017, 20:35
İbrahimoviç Çempionlar Liqasının tarixinə düşdü - 23 Noyabr 2017, 20:12
Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb - 23 Noyabr 2017, 19:37
ABŞ-da yaşayan azərbaycanlı cüdoçu çempion oldu - 23 Noyabr 2017, 18:40
Xocalı soyqırımı haqqında sənədli film ABŞ-da film festivalında nümayiş etdirilib - 23 Noyabr 2017, 18:27
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub - 23 Noyabr 2017, 18:25
Azərbaycanda məmur ürəktutmadan öldü - 23 Noyabr 2017, 18:21
Əkizlərdən Röyaya zərbə: "Nigara Camala səs verin" - 23 Noyabr 2017, 18:03
"Zara" mağazasının sabiq əməkdaşlarının məhkəmə istintaqı başa çatıb - 23 Noyabr 2017, 17:48
Abdul Xalid dünyasını dəyişən doğması üçün oxudu - "Anam hardasan?" FOTO - VİDEO - 23 Noyabr 2017, 17:23
“173 manatla bir ay yaşamaq olarmı?” – Deputatdan hökumət üzvlərinə sərt sual - 23 Noyabr 2017, 17:22
İntiqam almaq üçün İstanbula gedən gömrük rəisi və ya Rövşənin qardaşı - 23 Noyabr 2017, 17:19
Millət vəkili qəzəbləndi:"Hakimin bacısını…" - 23 Noyabr 2017, 16:52
"Azərbaycanda buzova görə 100, yeni doğulan körpəyə görə 45 manat ödənilir" -Millət vəkili - 23 Noyabr 2017, 16:41
Kürd referendumuna dəstək verən azərbaycanlı məmur işdən çıxarıldı - 23 Noyabr 2017, 16:36
İraqın şimalındakı “referendum”u dəstəkləyən şöbə müdiri işdən çıxarıldı - 23 Noyabr 2017, 16:32
Azərbaycan UEFA-nın reytinqində - 23 Noyabr 2017, 16:13
Tovuzda 27 yaşlı qadın bit dərmanı içdi ki ölsün, amma... - 23 Noyabr 2017, 15:46
"Uşaq pulu bərpa edilsin" - Deputatdan təklif - 23 Noyabr 2017, 15:44
Bir manatlıq pullar dəmir olacaq - Azərbaycanda - 23 Noyabr 2017, 15:38
Prezident Ağacan Abiyevi təltif etdi - SƏRƏNCAM - 23 Noyabr 2017, 15:33
MTN generalları məhkəmədə ifadə verdi - 23 Noyabr 2017, 15:31
Dino Ndlovu: “Adamın çəkdiyi əziyyətə heyfi gəlir” - 23 Noyabr 2017, 15:26
Millimiz FİFA reytinqində yenə gerilədi: 117-ci yerdəyik - 23 Noyabr 2017, 15:23
Nazir müavinindən pensiyaçılara ŞAD XƏBƏR - 23 Noyabr 2017, 15:18
"Bu alimlər də evlə təmin olunacaq" - Akif Əlizadə - 23 Noyabr 2017, 15:10
Müğənnidən etiraf: "Ərim qatil olmasın deyə dalaşmıram" - 23 Noyabr 2017, 15:05
Tanınmış yazıçının şeir kitabı çıxdı - 23 Noyabr 2017, 14:46
Jurnalist Natiq Qədimov dəfn edildi – Foto - 23 Noyabr 2017, 14:37
Gerye: "Hakim bizi "öldürdü"" - 23 Noyabr 2017, 14:33
Simeone: ""Qarabağ"ın "Roma"dan xal alacağına inanmalıyıq" - 23 Noyabr 2017, 14:28
Azərbaycan prezidenti NATO-nun Şimali Atlantika Şurasının iclasında - FOTO - 23 Noyabr 2017, 14:21
"Qarabağ"ın futbolçusunun qırmızı "Posche"si - FOTOLAR - 23 Noyabr 2017, 14:13
Bakıda yüzminlik maşını cızıq-cızıq edib üstünə zibil atdılar - VİDEO - 23 Noyabr 2017, 13:40
“Siz Milli Məclisin binasına nə vaxt daxil olmusunuz?" - Oqtay Əsədov deputatın təklifinə sərt reaksiya - 23 Noyabr 2017, 13:37
“Deputatların ezamiyyət pulu, maaşı artırılsın” - Siyavuş Novruzov - 23 Noyabr 2017, 13:02
“Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı - RƏZİLLİK - 23 Noyabr 2017, 12:51
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10