Nəsimi rayonunda “Uşaq Hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərə start verildi

20 Oktyabr 2017, 16:50
AAA

Məlum olduğu kimi, bu il ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) ratifikasiya edilməsinin 25 ili tamam olur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

AZXEBER.CO xəbər verir ki, hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda "Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir.

20 oktyabr 2017-ci il tarixdə 23 saylı tam orta məktəbdə "Uşaq hüquqları aylığı” çərçivəsində Nəsimi rayonunda silsilə tədbirlərin təşkil edilib keçirilməsinə start verildi. Nəsimi rayon İcra Hakimiyyəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirdə Nəsimi rayon tam orta məktəblərində təhsildə fərqlənən, idman və musiqi sahəsində xüsusi istedadı olan, həmçinin olimpiada və bilik yarişlarının qalibləri və məcburi köçkün ailələrindən olan məktəblilər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. G.Verdiyeva bildirdi ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib.Yeniyetmələrin asudə vaxtlarının, istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır, onların tətil günlərinin mənalı, maraqlı, yaddaqalan, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün silsilə tədbirlər təşkil edilib keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dövlətimiz tərəfindən uşaqların təhsili, sağlamlığı və istirahətləri istiqamətində görülən işlərdən danışdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqların sağlamlığı və layiqli vətəndaş olmaları üçün həyata keçirdiyi iri miqyaslı layihələr barədə

məlumat verdi. Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə müşaviri Nigar Agayeva çıxış edərək bildirdi ki, "Uşaq hüquqları aylığı” çərçivəsində keçiriləcək tədbirlər uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə və uşaqların fəallığına xidmət edir.

Keçirilən tədbir zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bir qrup Nəsimi rayon məktəblərinə uşaq hüquqlarının müdafiəsi istiqamətində keçirilən tədbirlərdə fəal iştiraklarına görə diplomlar təqdim edilmişdir.

Tədbir 23 saylı tam orta məkrəbin şagirdlərinin təşkil etdiyi konsetr proqramı ilə başa çatdı.


Oxunma sayı : 188

SON XƏBƏRLƏR
Bu xəbərləri yaymaq qadağan edilib - Cərimələnə bilərsiniz - 25 Noyabr 2017, 13:27
Marşrut sahiblərinə XƏBƏRDARLIQ - 25 Noyabr 2017, 13:20
"Aparıcı bakirə olmamalıdır" söhbətinə xanım aparıcılardan maraqlı - Cavablar - 25 Noyabr 2017, 13:16
“Azərbaycan iqtisadiyyatını dəyişdiririk” - İlham Əliyev - 25 Noyabr 2017, 13:14
Bazar günü hava yağmursuz olacaq - 25 Noyabr 2017, 12:44
Bakı metrosunda sərnişinlərə qənim kəsilən qadın tutuldu - 25 Noyabr 2017, 12:32
Ərdoğan aktrisanı tənqid etdi - 25 Noyabr 2017, 11:37
“Çelsi”nin Bakıdan Londona təhlükəli uçuşu - 25 Noyabr 2017, 11:15
Natiq Qədimovun həyat yoldaşı : “Əlvida” demirəm Natiq, görüşəcəyik...” - 25 Noyabr 2017, 00:00
“Şirin”in toyundan – FOTOLAR - 24 Noyabr 2017, 23:54
İlham Əliyevin Brüsselə səfəri başa çatıb – FOTO - 24 Noyabr 2017, 22:46
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
“Eldar Mahmudov onun evinə tapança qoydurub, həbs etdirdi” - General - 24 Noyabr 2017, 13:35
Ankarada FETÖ əməliyyatı: 79 müəllim barədə həbs qərarı - 24 Noyabr 2017, 13:27
Sabah sulu qar yağacaq - 24 Noyabr 2017, 13:05
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10