Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Qubaya istirahətə yola düşdülər

17 İyul 2017, 12:57
AAA

 

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay istirahətlərinin maraqlı və yaddaqalan keçirilməsinin təşkili ilə bağlı silsilə tədbirlər davam edir.

Növbəti tədbir olaraq Nəsimi rayon İcra Hakimiyyətinin Quba rayon İcra Hakimiyyəti ilə birgə layihəsi olan Quba rayonunda "Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilmişdir.

14 iyul 2017-ci il tarixdə yeniyetmə məktəblilərin yay istirahətlərinin səmərəli keçirilməsi məqsədilə yaradılmış "Gənc İlhamçılar” düşərgəsində istirahət edəcək məktəblilərin Quba rayonuna yola salınma mərasimi təşkil olunmuşdur. Quba şəhərində yaradılmış yay istirahət düşərgəsinə rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 200 nəfər yeniyetmə-məktəbli yola salınmışdır. Düşərgəyə yola salınan məktəblilər, onların valideynlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunan yolasalma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışmış, uşaqlara şən və yaddaqalan istirahət arzulamışdır. Bildirilmişdir ki, düşərgənin fəaliyyəti Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olacaq, burada uşaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Quba şəhərində yaradılmış "Gənc İlhamçılar” düşərgəsinin təşkilati işləri həyata keçirilmiş, istirahətə göndərilən uşaqların və onların valideynlərinin, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüşü keçirilmiş düşərgədə istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir.

Düşərgədə yeniyetmələr hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri, idman yarışları, maraqlı intellektual oyunlar təşkil ediləcək. Məktəbli yeniyetmələr böyük sevinclə avtobuslarla Qubaya yola düşmüşlər.

Yola düşməzdən əvvəl "Gənc İlhamçılar” Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzmüşlər.

"Gənc İlhamçılar”ın Quba rayon İcra Hakimiyyətinin qarşısında təntənəli qarşılanma mərasimi keçirildi. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov Nəsimi məktəblilərini salamlayaraq onlara xoş

istirahət arzuladı. "Gənc İlhamçılar” düşərgəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısınin bariz nümunəsi olduğunu bildirdi. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən respublikamızda yeniyetmələrin intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların fəallığının artırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihə və proqramlardan danışdı. Daha sonra musiqi sədaları altında uşaqların rəqsi isə istirahət proqramını əsl bayrama çevirdi. Qarşılanma mərasimindən sonra uşaqlar düşərgədə yerləşmiş və düşərgənin ilk gününün təəssüratını nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər əsnasında paylaşdılar.


Oxunma sayı : 127

Loading...
SON XƏBƏRLƏR
Altmış yaşdan sonra boşanan kişilərin sayı qadınlardan daha çoxdur - 27 İyul 2017, 23:12
Azərbaycanda eneolit mədəniyyətinə aid olan abidələr aşkarlanıb - FOTO - 27 İyul 2017, 22:34
FHN xəstəxanadakı yanğınla bağlı məlumat yaydı - 27 İyul 2017, 21:04
Bərdədə ev yanıb - 27 İyul 2017, 20:32
Gürcüstan prezidenti: “Saakaşvili ölkəni tərk etməməli idi” - 27 İyul 2017, 19:42
Altı tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində mübahisə yaranıb - 27 İyul 2017, 18:45
Bakının bu kəndi 3 gündür qaz üzünə həsrətdir - 27 İyul 2017, 17:56
Türkan Şoray beyin əməliyyatı keçirdi - 27 İyul 2017, 17:43
"7 uşağım olsun istəyirəm" - Ronaldu - 27 İyul 2017, 17:36
Bacısını çarpayıda oturub mesajlaşan gördü və... – Şamaxıda qətl - 27 İyul 2017, 17:21
Qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının cavabları - 27 İyul 2017, 17:09
Bakıda cinsi azlıqlar 22 yaşlı qıza qarşı cinayət törətdi - 27 İyul 2017, 16:59
"Ketçup" qabından heroin çıxdı - 27 İyul 2017, 16:46
Yetim Eyvazın oğlu: “Atam anama zülm verib, onu atıb, gedib başqasını saxlayıb" - MÜSAHİBƏ + FOTO - 27 İyul 2017, 16:25
Xəstəxanadakı yanğına nə səbəb oldu? - RİH açıqaldı - 27 İyul 2017, 16:00
Yevlax xəstəxanasından xəstələri təxliyyə edən ambulans qəzaya düşdü - 27 İyul 2017, 15:45
Lider TV-dən 3 aydır maaşların verilməməsi xəbəri ilə bağlı AÇIQLAMA - 27 İyul 2017, 15:41
“Planet” şadlıq sarayının sahibi həbs edildi: Ağac kəsməyə görə - 27 İyul 2017, 15:38
"Nurlana pul qarşılığında addım atacaq insan deyil" - MÜSAHİBƏ+FOTOLAR - 27 İyul 2017, 15:36
"Lapşin cəzasını öz ölkəsində çəkmək istəyir" - Vəkil - 27 İyul 2017, 15:29
“Space”də saçyolduya çıxdığı deyilən aparıcı danışdı: "Bunu kim dedi?" - 27 İyul 2017, 15:13
Yevlax Rayon Mərkəzi Xəstəxanası yanır, içəridə 40-dək xəstə qalıb - - 27 İyul 2017, 15:11
“Yay kampaniyası” ilə “Nar” istifadəçilərinin yay istirahəti daha rəngarəngdir - 27 İyul 2017, 15:07
Şəhidin hamilə həyat yoldaşı facebook statusu ilə kövrəltdi: "Sənin telefonundan özümə mesaj yazıram" - 27 İyul 2017, 15:04
Nəsimi rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edildi - 27 İyul 2017, 14:53
Leyla Ramazanlı şəhərin mərkəzində konsert verəcək - 27 İyul 2017, 14:50
“Space”də əlbəyaxa dava: dava edən iki xanım işdən qovuldu - 27 İyul 2017, 14:35
Telefon dinləmələri ilə bağlı araşdırma aparıldı - "MTN işi" - 27 İyul 2017, 14:21
Kamran Ağayev Çexiya klubuna transfer oldu - 27 İyul 2017, 14:10
Pərvanənin uşaqları ilə birgə özünü qatarın altına atmasının səbəbi məlum oldu – TƏFƏRRÜAT - 27 İyul 2017, 14:06
Azərbaycan Mətbuatının böyük inkişaf perspektivləri var - Fotolar - 27 İyul 2017, 13:45
Deputatın obyektində ölən və yaralananların adları məlum oldu - 27 İyul 2017, 13:45
Broyler fabriki partlayan deputat İqbal Məmmədovla bağlı ilginc FAKTLAR - Ölkəyə yanğınsöndürmə balonlarını da o gətirir - 27 İyul 2017, 13:32
Zaqatala və Balakəndə xüsusi əməliyyat: Helikopterlər cəlb olundu - 27 İyul 2017, 13:11
"Aztelekom" MMC-nin sabiq baş direktoru azadlığa buraxıldı - 27 İyul 2017, 13:07
Oğuzda yerləşən bu şəlaləyə baxmaq da pulludur - FOTO - 27 İyul 2017, 12:55
Vidadi Zeynalova hökm oxundu - 13 il - 27 İyul 2017, 12:45
Azərbaycanda öldürücü istilər qayıdır – 42 dərəcəyə çatacaq - 27 İyul 2017, 12:43
“Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi” keçirilib - 27 İyul 2017, 12:23
Azərbaycanda 20 yaşlı hamilə qadının dəhşətli sonu - 27 İyul 2017, 12:17
Deputatın broyler fabrikində partlayış: - ölən və yaralananlar var - 27 İyul 2017, 11:53
İstanbulda iki təyyarə toqquşdu - 27 İyul 2017, 11:41
Aptekdə yıxılan kişi öldü - Lənkəranda faciəvi hadisə - 27 İyul 2017, 11:32
"Rabitə işi" - Vidadi Zeynalov və digərlərinə höküm oxunur - 27 İyul 2017, 11:10
Polkovnik dənizdə batdı - FHN-nin xilasediciləri kömək etmədi - VİDEO - 27 İyul 2017, 11:01
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10