19:00 çərşənbə, 12 Dekabr 2018
MƏDƏNİYYƏT

Nəsiminin 650 illik yubileyi keçiriləcək

21:20, 15.11.20185431
Nəsiminin 650 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur.

Sərəncamda qeyd edilir ki, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin.

Nazirlər Kabineti böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin edəcək.
XƏBƏR LENTİ