18:59 Cümə Axşamı, 18 Iyul 2019
SOSİAL

“Nəvəm deyirdi, İlham babamız nə vaxt qonaq gələcək?” - Video

21:13, 18.04.20194916
“Nəvəm deyirdi, İlham babamız nə vaxt qonaq gələcək?” - Video
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub.

Sakinlər ölkə başçısı və birinci vitse-prezidentlə söhbətləşib. Onlar prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımları alqışlayıb. Vətəndaşlar parkda yaradılan gözəl şəraitə görə  ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. 

Prezident İlham Əliyev isə qeyd edib ki, park  doğrudan da gözəl bir görkəm alıb, müasirləşib: "Quruculuq işləri aparılıb. Yaşıllıqlar salınıb. Parkın əvvəlki vəziyyəti sizə yaxşı tanışdır. İndi çox böyük işlər görülüb. Vətəndaşların istirahəti üçün burada imkanlar çox böyükdür”.

Sakinlərdən biri görüşdə nəvəsinin sualını səsləndirib: "Mən hər gün teleziyada sizin çıxışlarınızı nəvəmlə bərabər izləyirəm. Nəvəm məndən soruşur ki, ay nənə, bizim İlham babamız bizə nə vaxt qonaq gələcək?"  

Prezident isə "Baxın gəlmişəm" cavabını verib.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən sakinlərlə söhbətin videosunu təqdim edir:
 

XƏBƏR LENTİ