14:38 Bazar Ertəsi, 09 Dekabr 2019
FOTOSESSİYA

'New Baku Post' qəzetinin Prezident İlham Əliyevə həsr olunan xüsusi sayı - FOTOSESSİYA

16:55, 07.10.20132082
'New Baku Post' qəzetinin Prezident İlham Əliyevə həsr olunan xüsusi sayı -  FOTOSESSİYA

Oktyabrın 7-də “New Baku Post” qəzetinin “Bizim Prezident” adı altında hazırkı Prezident İlham Əliyevin oktyabrın 9-da baş tutacaq prezident seçkilərində namizədliyinin dəstəklənməsinə həsr olunan xüsusi buraxılışı işıq üzü görüb.

Qəzetin xüsusi buraxılışında prezident İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasət, onun prezidentliyi dövründə əldə olunan uğurlar, o cümlədən, ölkənin iqtisadi inkişafı, milli ordunun möhkəmlənməsi, dünya arenasında dövlətimizin avtoritetinin yüksəldilməsi və s. təhlil edilir. Qəzetdə, eləcə də, müxtəlif ekspertlərin və ictimai xadimlərin eksklüziv müsahibələri və müəllif materialları dərc olunub. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun məqaləsində son 10 ildə ölkənin dayanıqlı inkişafı barədə danışılır, qeyd olunur ki, müasir Azərbaycanın uğurlu inkişafı müasir idarəetmənin parlaq nümunəsidir. Eləcə də, buraxılışda prezident İlham Əliyevin Azərbaycan Dövlət Neft şirkətinin vitse-prezidenti olduğu zaman yürütdüyü fəaliyyətdən danışılan SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadənin məqaləsi ilə tanış olmaq olar. Məqalədə onun “Əsrin müqaviləsi”nin imzalanmasında oynadığı vacib rol qeyd olunur. 1news.az informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyevin “Mənim Seçimim” adlı məqaləsində hal-hazırkı dövrlə, dönüş dövrü olan 1980-ci illərin sonu – 1990-cı illərin əvvəli arasında müqayisə aparılır. Müəllif bununla niyə hazırkı dövlət başçısına səs vermək niyyətində olduğunu izah edir. “İrəli” İctimai Birliyinin rəhbəri Rauf Mərdiyevin şərhində dövlət başçısı tərəfindən aparılan, aktiv və savadlı gəncliyin formalaşmasına istiqamətlənmiş uğurlu gənclər siyasəti barədə danışılır. Eləcə də, xüsusi buraxılışda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq yazıçısı Fikrət Qoca və digər tanınmış şəxslərlə olan müsahibələr təqdim edilib. “New Baku Post” qəzeti Cənubi Qafqazda buraxılan yeganə pulsuz ictimai-siyasi qəzetdir. Qəzet Azərbaycan və rus dillərində 20 min tirajla çıxır.

 

XƏBƏR LENTİ