download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
Backcell
Loading...
Xəta

Xəta

Xəta

Əməliyyat uğursuz oldu.
Loading...

Xüsusi paketlər

Xüsusi paketlər
Metro+
0.49
₼/saat
  • İnternet həcmi
    Limitsiz
    İnternet həcmi
Daha çox
Onlayn iş və təhsil
20
₼/ay
  • İnternet həcmi
    40 GB
    İnternet həcmi
Təhlükəsiz internet
18
₼/ay
  • İnternet həcmi
    10 GB
    İnternet həcmi

Metro+

  • Digər cihazların Wi-Fi Hotspot ilə qoşularaq bu paketdən istifadə etməsi mümkün deyil;
  • Paketin vaxtı bitdikdən sonra, internetdən istifadə üçün trafik sizin balansınızdakı internet paketindən çıxılacaq yaxud xidmət haqqı tarifinizə müvafiq olaraq balansınızdakı vəsaitdən çıxılacaq.
  • Əgər abunəçi Metro+ paketinin müddəti bitməmiş hər hansı digər paket aktivləşdirərsə, həmin paketi yalnız Metro+ paketinin müddəti bitəndən sonra istifadə edə biləcək.
  • Yalnız metroda və stansiya ərazilərində işləyir.

“Təhlükəsiz internet” üçün

“Təhlükəsiz internet” xidməti Bakcell və Enginet tərəfindən birgə təqdim edilir. Ölkəmizin 500-dən çox məktəbi artıq “Təhlükəsiz İnternet” şəbəkəsinə qoşulub. İndi təhlükəsiz İnternetə daxil olur. Siz “Təhlükəsiz İnternet” paketini istənilən cihazda: mobil telefonda, planşetdə, kompüterdə istifadə edə bilərsiniz.

“Təhlükəsiz İnternet” xidməti məlumatları süzgəc sistemindən keçirir və övladlarınızı

  • Mənəviyyatsız,
  • Narkotik təbliğ edən,
  • Terrorizm və zorakılığı yayan,
  • İrqi və dini ayrıseçkiliyi dəstəkləyən saytlardan qoruyacaq.

Təhlükəsiz İnternet paketi 4G LTE şəbəkəsini dəstəkləyir. Bunun üçün sadəcə mobil cihazınızın “Network Settings” (Şəbəkə ayarları) bölümünə daxil olub APN-ə safeinternet.bakcell.com sözünü yazın.

Qeyd

  • Aylıq trafik 10 GB limitini keçdikdə İnternetdən əlavə istifadəyə görə hər 1 MB üçün 0.05 ₼ xidmət haqqı tutulacaq.
  • Təhlükəsiz İnternet xidməti bütün günü, uşaqların aktiv olduğu zaman yüksək sürətlə təqdim edilir. Yalnız axşam saat 22:00-dan gecə 02:00 qədər İnternetin sürəti 128 kbps enir.

"Onlayn iş və təhsil" paketi üçün

Skype, Zoom, MS Teams, Go to Meeting tətbiqlərini bu paketlə asanlıqla istifadə edə bilərsiniz.

Qeyd

  • Paket yalnız Skype, Zoom, MS Teams, və Go to Meeting tətbiqləri üçün nəzərdə tutulub.
  • Aylıq trafik 40 GB limitini keçdikdə, mobil İnternet xidməti nömrənin tarif şərtlərinə uyğun olaraq təqdim ediləcək.
  • Paketin istifadə müddəti 30 gündür. Bu müddət bitəndən sonra paket avtomatik yenilənir.
  • İnternet balansı yoxlamaq üçün - *100#
  • Deaktivasiya etmək üçün - *434*0#
  • İnternet paketin deaktivasiyasından sonra, paketdə qalmış trafik ləğv ediləcək.

Bakcell Wi-Fi paketləri üçün

  • Bakcell Wi-Fi xidməti Bakcell 4G LTE şəbəkəsinin olduğu yerlərdə işləyir.
  • Təqdim edilmiş avadanlığın texniki göstəricilərinə əsasən, şəbəkənin yüklənmə dərəcəsindən asılı olaraq, 150 Mb/s-dək sürət dəstəklənir.
  • Xüsusi İnternet SİM kartı yalnız İnternet üçün istifadə edilə bilər.
  • Bakcell Wi-Fi modemi, tam məbləğ ödəndikdə müştərinin mülkiyyətinə təqdim edilir. Tam ödəniş iki cür olur: Modem üçün 99 ₼ + Bakcell Wi-Fi 1 paketi üçün 20 ₼, cəmi 119₼; Modem üçün 99 ₼ + Bakcell Wi-Fi 2 paketi üçün 40 ₼, cəmi 139₼.
  • Əlavə paket yalnız əsas İnternet paket varsa əldə edilə bilər.
  • Qoşduğunuz paketi dəyişmək istədikdə, yaxud cari paketinizi yeniləyəndə və ya digər paketi qoşduqda, balansda olan trafik silinəcək.

“Paylaşılan” paketlər üçün

  • “Paylaşılan” paketinin qoşulması 24 saat ərzində həyata keçirilir və paket aktivləşəndə nömrənizə SMS daxil olacaq.
  • “Paylaşılan” paketinə hər nömrənin qoşulması üçün xidmət haqqı 0.50 ₼ təşkil edir.
  • Paketdəki trafik bitdikdən sonra, “Paylaşılan” paketinə qoşulmuş abunəçilərin hamısı internetdən istifadə etməyə davam edəcək, lakin bu zaman hər 1MB trafik üçün xidmət haqqı 0.05 ₼ təşkil edəcək və hər birinin balansda olan vəsaitindən çıxılacaq. Lakin bu paketin müddəti bitərsə, internet kəsilməyəcək və siz tarifinizə uyğun xidmət haqqı ilə internetdən istifadə edəcəksiniz.
  • Paketə ən çox 5 (1 öz nömrəniz + 4 qoşulan nömrələr) CIN, Klass yaxud internet nömrələri qoşula bilər.
  • İnternet paketinin balansının yoxlanılması üçün — *134#559#.
  • “Paylaşılan” paketdə trafikin tükənməsi barədə SMS məlumat yalnız paketi aktivləşdirən abunəçiyə göndərilir.
  • Balansında internet paketi olan hər bir Bakcell abunəçisi Bakcell Wi-Fi ilə pulsuz internet əldə edə bilər.
  • İstənilən internet paketin deaktivasiyasından sonra, paketdə qalmış trafik ləğv ediləcək.

İnternet SIM kartları üçün

  • 225 Mbit/s* qədər yüksək sürətdən həzz alaraq onlayn rejimdə 4K videolar seyr edin, keyfiyyətli stereo musiqi dinləyin, qrafik oyunlar oynayın və smartfonunuz yaxud smart televizorunuzda maraqlı macəralar yaşayın!
  • Balansda kifayət qədər vəsait olduqda, 30 günlük müddət bitəndən sonra, paketlər avtomatik olaraq yenilənəcək.
  • Əgər paketlərin istifadə müddəti bitərsə, paketdə qalmış meqabaytlar silinəcək.
  • Əgər abunəçi cari İnternet paketinin avtomatik yenilənməsini dayandırmaq istəyərsə, deaktivasiya kodunu yığmalıdır. Avtomatik yenilənmə dayandırıldıqdan sonra, paketdə qalmış meqabaytlar silinməyəcək və abunəçi qalıq trafikdən istifadə müddəti bitənə qədər faydalana biləcək.
  • Əgər abunəçi mövcud paketin üzərinə digər paket aktivləşdirərsə, əvvəlki paket deaktivasiya ediləcək, lakin həmin paketdə qalmış meqabaytlar əvvəlki paketin istifadə müddəti bitənə qədər qüvvədə olacaq.
  • İnternet SIM kartının nömrəsini öyrənmək üçün — *666#.
  • İnternet paketin meqabaytları və ya müddəti bitsə də, internet kəsilməyəcək və siz tarifinizə uyğun xidmət haqqı ilə internetdən istifadə edəcəksiniz.