19:03 çərşənbə, 20 Iyun 2018
İDMAN

"Neymarın PSJ-yə keçidi geriyə addımdır" - Ronaldo

10:38, 13.01.2018748
Braziliya millisinin sabiq futbolçusu Ronaldo həmyerlisi Neymarın "Barselona"dan PSJ-yə keçidinə münasibət bildirib.

Veteran hücumçu Neymarın bu addımının bəyənmədiyini deyib:

"İdman prinsipləri baxımından Neymarın PSJ-yə keçidi geriyə atılmış addımdır. Ancaq hər kəs özü üçün yeni macəra axtarır".

Ronaldo özünün "Barselona"dan Milan "İnter"inə keçidini isə belə izah edib: "Mən də vaxtilə "Barselona"nı tərk edib, "İnter"ə keçmişəm. Ancaq o zaman İtaliya çempionatı daha gərgin idi".

Xatırladaq ki, ötən ilin yayında "Barsa"dan 222 milyona PSY-yə transfer olunan Neymar dünyanın ən bahalı futbolçusu olub. 
 
///qol.az
XƏBƏR LENTİ