14:22 Cümə Axşamı, 21 Iyun 2018
İDMAN

Neymarla bağlı acı xəbər - Uzun müddət futbol oynamayacaq

11:16, 02.03.20181292
Neymarla bağlı acı xəbər - Uzun müddət futbol oynamayacaq
Futbol üzrə Braziliya yığmasının və Fransanın PSJ klubunun hücumçusu Neymarın zədə səbəbindən nə vaxta qədər yaşıl meydanlardan uzaq qalacağına aydınlıq gəlib.

Bu barədə Braziliya millisinin həkimi Rodriqo Lasmar məlumat verib. Onun sözlərinə görə, artıq əməliyyat üçün Rio-de-Janeyroya yollanan 26 yaşlı futbolçunun bərpası üçün 3 aya yaxın vaxt lazım gələcək.

Xatırladaq ki, Neymar fevralın 25-də Fransa çempionatının "Marsel"lə (3:0) oyununda zədələnib.
 
///komanda.az
XƏBƏR LENTİ