04:21 çərşənbə, 21 Noyabr 2018
Maqazin

Nihat Doğan saxlanıldı — 2 qız uşağını evinə çağırıb və…

00:59, 11.09.20183403
Nihat Doğan saxlanıldı — 2 qız uşağını evinə çağırıb və…
Türkiyəli müğənni Nihat Doğanla bağlı şok iddia irəli sürülüb.

 Doğanın 11 və 17 yaşlı iki bacını evində məcbur saxladığı üçün polis tərəfindən saxlanıldığı bildirilib.

İddiaya görə, müğənni uşaqlara xərcləmələri üçün pul verərək evə çağırıb və 2 saat orada saxlayıb. Ailəsi uşaqları tapa bilmədikdə polisə şikayət ediblər. Onlar uşaqlarının Nihat Doğanın evində olduğunu iddia ediblər. Polis əməkdaşları Doğanın evinə girib.

Ailə bildirir ki, Doğan polislərin gəlməsindən az müddət əvvəl evindən çıxıb. Polis basqınından bir müddət sonra isə qızlar evə gəliblər.
Müğənni polisə ifadə verib. O, eyvanda oturduğu vaxt qızları gördüyünü və onları evə qəhvə içməyə çağırdığını deyib.

Polis ifadəsini aldıqdan sonra onu sərbəst buraxıb.
///Ölkə.Az
XƏBƏR LENTİ