10:51 Cümə, 23 Avqust 2019
İQTİSADİYYAT

“Nikoil bank” sahibkarlar üçün yeni kredit məhsulunu təqdim etdi

12:07, 17.07.20193723
“Nikoil bank” sahibkarlar üçün yeni kredit məhsulunu təqdim etdi
 "Nikoil bank” sahibkarlar üçün yeni kredit məhsulunu təqdim edib
 
AZXEBER.COM xəbər verir ki, bu məhsulun özəlliyi illik faiz dərəcəsinin sıfra qədər enməsidir.

17.07. 2019 il Bakı – Nikoil bank sahibkarlar üçün yeni, bir neçə özəlliyi ilə fərqlənən Mikro kredit məhsulunu təqdim etdi. Bu məhsulun əsas özəlliyi odur ki, müştəri kredit faizini özü müəyyən edir, hətta bu faizi sıfra qədər endirmək imkanını əldə edir. Belə ki, müştəri kredit götürdüyü zaman dost-sahibkarları cəlb edərək hər dosta görə illik 25%-dan 1% endirim qazanır. Dost sayına görə illik faiz dərəcəsini 0 qədər endirmək imkanını əldə edir.

Digər özəllik odur ki, kredit zaminsiz, komissiyasız, sığortasız təqdim olunur. Kreditin məbləği 500-30 000 AZN təşkil edir və 36 aya qədər verilir. Kredit aylıq, azalan qrafiklə qaytarılır. Qeyd edək ki, indi bütün müştərilər asanlıqla smartfon vasitəsilə http://bit.ly/MicroKredit linkina keçid alaraq kredit sifarişlərini rəsimləşdirə bilərlər.

Nikoil bank ölkə ərazisində 12 filial vasitəsilə sizə xidmət göstərir. Məhsul və xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün (012) 981 nömrəsinə zənq edə və ya bankın rəsmi internet səyfələrindən ala bilərsiniz:

 
 
XƏBƏR LENTİ