16:57 şənbə, 16 Dekabr 2017
SOSİAL

Nişanlısını öldürən şəxsin şikayəti üzrə məhkəmə başlayıb

11:00, 23.09.2017237
Nişanlısını öldürən şəxsin şikayəti üzrə məhkəmə başlayıb
Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Nəcəf Məcidovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
 
AZXEBER.COm xəbərinə görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 6-na təyin edilib.
 
Qeyd edək ki, N. Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Qətl hadisəsi bu ilin martında baş verib. Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü qaytardığı barədə xəbər göndərib. Bundan sonra N. Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədiyi üçün N. Məcidov gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ. Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə iki bıçaq zərbəsi alıb. İ. Ağayeva hadisə yerində ölüb, R. Ağayeva isə xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olub.
 
apa.az
0
XƏBƏR LENTİ