16:45 Bazar Ertəsi, 17 Dekabr 2018
Maqazin

"Niyam işi batırdı" - Samir

22:29, 22.09.20186192
Müğənni Samir Piriyev həmkarı Niyam Salami ilə olan bizneslərinin bağlanma səbəbini açıqlayıb. 

Samir "5/5" verilişində deyib ki, Niyam onu ziyana salıb:

"Bu söhbəti açmaq istəmirəm. Niyam hər şeyi tərsinə danışdı. Niyama inanıb getdim. O, mənə vəd vermişdi. İşi batıran Niyam oldu. Mənə ziyan dəydi. Günah məndədi ki, get oxumağınla məşğul ol. Hamı söz verir gedək, amma axırı belə bitir".

Qeyd eək ki, Niyam Samirlə bağlı suallara "Dindar adamla yola çıxdım. Ondan başqa kimə inanardım? Yanımda namaz qılana inandım. Hər zaman deyirdim ki, namaz qılanlar məndən iki pillə qabaqdadır. Allah qarşısında səcdəyə gedir” cavabını vermişdi. Niyamla Samir Bodrumda restoran biznesi qurmuş, bir müddət sonra isə ayrılmışdılar.
///axsam.az
XƏBƏR LENTİ