19:41 şənbə, 25 May 2019
Maqazin

Niyamın keçmiş həyat yoldaşı danışdı: "Evə can yandırmırdı"

17:44, 13.05.20195084
Niyamın keçmiş həyat yoldaşı danışdı:
Müğənni Niyam Salami şəxsi həyatı ilə bağlı bəzi gizli məqamlardan danışıb. 
 
AZXEBER.COM xəbər verir ki, müğənni "Ay Zaur" verilişində ilk dəfə boşanma səbəbini açıqlayıb. 
 
"Bir dəfə nişanlı, bir dəfə də evli olmuşam. Nişanlımla aramızda problem ev üstə oldu. O vaxtı evim yox idi, o istəyirdi ki, onlarda qalaq, mən buna razılaşmadım. Mən evlənəndə öz evimdə yaşamaq istəyirdim. Belə aramızda problemlər artdı və yollarımız ayrıldı. Amma indi Allaha şükür evim var. Daha sonra anam 1 ay müddətində tez-bazar məni evləndirdi. O da yaxın qohumum idi, razılaşıb ayrıldıq. Ayrısaq belə, mehriban münasibətimiz var, ona bir şey edənin, başını yararam." 
 
Daha sonra aparıcı müğəninin keçmiş həyat yoldaşı ilə bağlı sujeti efirə vermək istəsə də, müğənni buna icazə verməyib. Amma Zaur keçmiş həyat yoldaşının Niyam haqda "Evə canyandıran deyildi. Öz aləmi var idi. İstədiyi vaxt gəlib, gedirdi" dediyini bildirib. 
 
Sonda Niyam Salaminin toyundan olan eksklüziv fotolar yayımlanıb. 
 
Nazim Qasımzadə
 


XƏBƏR LENTİ