16:35 çərşənbə, 17 Iyul 2019
SAĞLAMLIQ

Tanınmış kosmetoloq sirrləri açdı: Xanımlar, diqqətli olun, sizi aldadırlar - VİDEO

14:45, 22.05.20198047
Tanınmış kosmetoloq sirrləri açdı: Xanımlar, diqqətli olun, sizi aldadırlar - VİDEO
Tanınmış kosmetoloq Nübar Mahmudova tibbi dolğunun xeyirli və fəsadları haqda AZXEBER.COM-a müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik:

- Xanımları ən çox narahat edən sual dolğu ilə bağlıdır. Təbii və süni dolğunun fərqləri nədir?
 
- Bu gün bizə ən çox müraciət olunan prosedurlar yanaq və dodaq dolğusu ilə bağlıdır. Xanımları ən çox maraqlandıran suallardan biri odur ki, dolğuların bəzilərinin qiymətinin nəyə görə baha olmasıdır. Onu qeyd etməliyəm ki, təbii dolğu bizim bədənimizdə olan maddələrdir. Süni dolğu isə adından göründüyü kimi sünidi və insan bədənində bir çox fəsadlara gətirib, çıxarır. Hətta elə olur ki, süni dolğu zaman keçdikcə üzdə də bir çox fəsadlar yaradır. Təbii dolğuda isə bu cür ehtimal yoxdur. Ən əsası təbii dolğu düzgün şəkildə vurulursa, heç bir fəsadlar yaratmayacaq, əksinə daha gözəl alınacaq.
 

 

 
- Bəzi hallarda xanımlar kosmetoloqlardan şikayətlənir. Sizin də yanınıza başqa kosmetoloqlardan şikayətçi olanlar gəlir? 
 
- Bəli, bu çox aktual problemdir. Başqa həkimlərin səhvi ucbatından üzündə problem yaranan xanımlar da bizə çox müraciət edir. Bu normal haldı çünki bəzi xanımlarımız süni və təbii dolğudan başı çıxmır. Yaxud da həkimlər onları aldadaraq süni dolğunun ömürlük qalacağını deyib, vururlar. Pasientlər bu məsələdə diqqətli olmalıdır. Əvvəl həkimləri araşdırmalı sonra müraciət etməlidirlər. 
 
- Son zamanlar əməliyyatsız burun kiçildilməsi ilə bağlı məlumatlar yayılır. Bu nə dərəcədə realdır?

- Mən də tez-tez sosial şəbəkələrdə əməliyyatsız burun kiçildilməsi ilə bağlı paylaşımlar görürəm. Amma bu proseduru heç bir xanıma məsləhət görmürəm. Normalda lipotik 4-5 ml qalınlığında olan piy qatına vurulur. Burunun üzərində o qədər qalın piy qatı yoxdur. Xanımlara məsləhət görərdim ki, bu hiyləyə aldanmasınlar. Əgər lipotik ilə burun kiçildilməsi olurdusa, o zaman plastik cərrahlar olmazdı. Bu işə yalnız plastik cərrahlar baxır. Lipotilik üz, buxaq, qarın, qollar və s. piy qatı çox olan bölgələrə vurulmalıdır. 
 

 

- Kosmetoloqların ən yaralı yerlərdən biri də rəqibləri tərəfindən qara PR kampaniyalarına məruz qalmalarıdır. Sizdə də belə bir hal yaşanmışdı...

- Mən 10 ay bir fırıldaqçı ilə mübarizə aparmışam. Daha sonra araşdırıb, bilmişik ki, həmin şəxs mənimlə yanaşı başqa bir neçə nəfərin başına da bu fırıldaq oyununu gətirib. Əslində, bu tip şeylər adamı daha da gücləndirir. Bunu edən adam düşündü ki, mənə pislik edib, nəyəsə nail olacaq. Əslində diqqətlə düşünsə bilər ki, o mənə böyük yaxşılıq edib. Yəqin zamanla özü etdiyinin fərqinə varacaq. Həmkarlarıma səslənirəm ki, bu tip insanlarla çalışıb, özlərinə yaxınlaşdırmasınlar. İlk öncə gələn pasient ilə həmsöhbət olmaq lazımdır. Fırıldaqçı insanlar istəklərinə nail olmaq üçün hər bir yola əl atırlar. 
 
Bizim başımıza gələn hadisədə də pasient özü gəldi. Daha sonra xoşum gəlmir dedi, deyəndə ki, gəl müayinə edək, gəlmədi. Verdikləri pulu tələb edirlər. Bu zamanda şantaj, hədə qorxu gəlirlər hətta şəxsi həyata müdaxilə edirlər. Yenə də deyirəm belə hərəkətlər bizi qorxutmamalıdırlar. Bu yolla pul qazanan insanlar zəif xarakterli insanlardır. Bir şeyi də qeyd edim ki, bu cür fırıldaqçılardan yaxa qurtarmağın ən sadə yolu onların şəkillərini sosial şəbəkədə paylaşmaqdır. Qoy hər kəs bunları tanısın. 

Kosmetoloq Nübar Mahmudova ilə əlaqə:
+994-50-770-33-34

"İnstagram" http://instagram.com/Kosmetolog.nubar 

 
 

 


 

XƏBƏR LENTİ