12:17 Cümə, 22 Mart 2019
Maqazin

Nüşabədən Elzaya: "Səni qayınıma alacam"

11:57, 12.03.20193305
Nüşabədən Elzaya:
Əməkdar artist Elza Seyidcahan İnstaqramda canlı yayıma girib. 

Ad günündə olan müğənninin yanında həmkarı Nüşabə Ələsgərli də yer alıb. Nüşabə Elzanı ərə vermək istədiyini deyib. 

Onun "Rzanın (N.Ələsgərlinin həyat yoldaşı - red.) subay qardaşı var, bəlkə sənə düzəldim" sözlərinə Seyidcahan "Əgər xasiyyəti də Rzanınkı kimidirsə, razıyam" cavabını verib. 

Elza daha sonra solo konsert verəcəyini bildirib. O deyib ki, konserti aprelin 29-da Heydər Əliyev Sarayında keçiriləcək.
 
///Axşam.az
XƏBƏR LENTİ