Nuşirəvan Məhərrəmli: "İnternet televiziyalarının fəaliyyəti tənzimlənməlidir"

17 May 2017, 13:51
AAA
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya müsahibə verib.

AZXEBER.COM müsahibəni təqdim edir:
 
- Bu gün televiziyalarda ailə, gender və digər sosial məsələləri əhatə edən verilişlər nümayiş olunur. Onların səviyyəsi və yaxud teleradio kanallarının bugünkü vəziyyəti sizi qane edirmi?
 
- Ümumiyyətlə, tək Azərbaycanda yox, dünyada televiziya və radio yayımı sahəsində mövcud vəziyyət ürəkaçan deyil. Azərbaycanda bu sahədə problem çoxdur. Amma bunu tək televiziya kanallarının üzərinə yıxmaq düzgün deyil. Məsələyə kompleks yanaşılmalıdır. Kanala dəvət olunan adi müsahibdən tutmuş, oradakı işçilər, reklam bazarındakı mövcud vəziyyət, sponsorlar və digər məsələlər nəzərə alınmalıdır. Fikirləşməyin ki, televiziya kanalının rəhbəri səviyyəsiz verilişlər hazırlamaq arzusundadır. O da çox istər ki, daha baxımlı verilişlər ortaya qoysun. Amma təəssüf ki, bu gün bundan irəli gedə bilmirlər. Təsəvvür edin ki, hər hansı bir istehsal müəssisəsi məhsulunu I, II, III növ yox, IV növ istehsal edir, gücü ona çatır. Təəssüf ki, televiziya sahəsində vəziyyət belədir. Çalışmalıyıq ki, bu sahədə ciddi dəyişiklik olsun.
 
- Azərbaycanda hansısa sahələr üzrə televiziya kanalının və ya radionun açılmasına ehtiyac görürsünüzmü?
 
- Bəzən ifratçılığa yol verilir. Xarici ölkələrin təcrübəsinə, hətta Türkiyə, Rusiya və digər xarici ölkələrin kanallarındakı bütün layihələri Azərbaycana gətirmək istəyirlər, amma yerli şəraiti, mühiti nəzərə almırlar. Ona görə də bəzən çox böyük problemlər ortaya çıxır.
 
Telekanallar xarici layihələri Azərbaycana gətirəndə yerli şəraiti, mühiti nəzərə almadığı üçün çox problemlə üzləşir
 
Hesab edirəm ki, bu gün mövcud reklam bazarı, Azərbaycanın ərazisi və əhalisinin sayı, auditoriya üçün ölkədəki televiziya və radio kanallarının sayı yetərlidir. Hətta h çoxdur. Bu ölkə üçün bütün ölkəyə yayımlanan 10 televiziya kanalı böyük rəqəmdir. Türkiyə kimi ölkədə cəmi 24 kanal bütün ölkəyə yayımlanırdı, biri bağlandı, 23-ü qaldı.
 
Hesab edirəm ki, mövcud televiziya və radio kanallarının potensialından istifadə etmək lazımdır.
 
Tematik kanallar - idman, mədəniyyət, uşaq və digər kanalların məsələsinə gəlincə, bu, böyük ölkələrə xasdır. Məsələn, biz Azərbaycanda uşaq televiziyasının açılmasını çox istərdik. Amma bunun üçün yetərli baza varmı? Onu özəl kanallara verə bilmirik, çünki yekunda istənilən nəticəni əldə edə bilmərik. Onun üçün dövlət vəsait ayırarsa, məmnuniyyətlə bunu edərik.
 
Məsələn, bu gün Günəş TV üçün lazımi şərait yaradılıb, hətta kabel şəbəkələrinə də salınıb ki, uşaqlar bütün cizgi filmlərinə Azərbaycan dilində baxa bilsinlər.
 
- Azərbaycanda Türkiyə türkcəsində yayımlanan teleseriallar tərcümə olunur. Ancaq digər tərəfdən TÜRKPA və digər qurumlarda ortaq türk dili ilə bağlı təşəbbüslər var. Bu ziddiyyətlərin tənzimlənməsi yolunu necə görürsünüz?
 
- Bu məsələni sizdən və hamıdan daha çox biz istəyirik. Bu, öz-özünə zamanla həll olunmalıdır, inzibati qaydada yox. Ortaq türk televiziyasının yaradılması haqqında türk dünyasında  iş gedir. Biz də çox çalışırıq. Amma bunu həyata keçirmək o qədər də asan iş deyil. Müəyyən yollar axtarılır ki, ən optimal variantı ortaya qoyaq. Hesab edirəm ki, ortaq türk dilinin yaranması üçün potensialımız var.
 
- Televiziya və radio yayımı sahəsində qanunvericilikdə hansı dəyişiklərə ehtiyac var?
 
- Televiziya və radio yayımı sahəsi xüsusi bir fəaliyyət sahəsidir və bura yalnız kommersiya qurumu kimi baxmaq olmaz. Bu ölkənin gələcəyi, strateji məqsədləri üçün xüsusi fəaliyyət növüdür. Son zamanlar ölkənin gələcək siyasəti, mövcud durumu, xarici siyasəti sahəsində televiziya, radio, internetin rolunun artdığını görürük.
 
Jurnalistika sahəsində kütləvilik artdıqca istər televiziya, istər radio, istərsə də digər sahələrdə böyük problemlər olacaq
 
Bu sahənin daim inkişaf etməsini və kadrların yerində olmasını istəyirik. Bizi çox narahat edən məsələ jurnalistikanın kütləvi bir ixtisas sahəsinə çevrilməsidir. İstənilən insan özünü jurnalist kimi görür. Amma jurnalistika ciddi sahədir. Vaxtilə jurnalistikaya 25 nəfərdən artıq tələbə qəbul olmurdu. Bu gün isə  kimin bloqu varsa bloqger, kimin saytı varsa xəbər hazırlayır, özünü jurnalist hesab edir. Ona görə də bu sahədə problemlər həddindən artıq çoxdur. Jurnalistika sahəsində kütləvilik artdıqca istər televiziya, istər radio, istərsə də digər sahələrdə böyük problemlər olacaq.
 
- İnternet TV-lərin sayı gündən-günə artır. Onların fəaliyyəti necə tənzimləməlidir?
 
- İnternetdə, kabel şəbəkəsində, efirdə, mobil versiyada yayımlanmasından asılı olmayaraq, televiziyaların hamısı eyni fəaliyyət sahəsidir. Bütün dünya internet TV-lərin fəaliyyətinin tənzimlənməsi yolu axtarılır. Fikrimizcə, bu fəaliyyət sahəsi tənzimlənməlidir. Çünki bu adi yox, cəmiyyətin inkişafına təsir göstərə bilən və rolu olan fəaliyyət sahədir. Bu fəaliyyət növü ya ictimai qaydada, ya da dövlət tərəfindən tənzimlənməlidir.
 
İnternet TV-lərin fəaliyyəti ya ictimai qaydada, ya da dövlət tərəfindən tənzimlənməlidir
 
İnternet televiziyaları internet üzərindən yayımlandığı üçün də onların fəaliyyətinin tənzimlənməsi lazımdır. Ən azından bu tənzimlənmə ölkə daxilində qeydiyyatdan keçən kanallara şamil edilməlidir. Söhbət youtube və ya digər ölkələrdən yayımlanan kanalların tənzimlənməsindən getmir. Azərbaycanda qeydiyyatdan keçən internet televiziyalarınım fəaliyyəti tənzimlənməlidir.


Oxunma sayı : 147

Loading...
SON XƏBƏRLƏR
Azərbaycanlı avtoriteti döydürən “oğru”lar ələ keçdi - ƏMƏLİYYAT - 28 İyun 2017, 15:48
22 yaşlı Leylanın ölümünə səbəb olan əməliyyat: LİPOSAKSİYANIN TƏHLÜKƏLƏRİ - 28 İyun 2017, 15:48
13 yaşlı oğlana tamah salan 44 yaşlı kişi tutuldu - 28 İyun 2017, 15:47
General Hüseyn Rəsulbəyovun adı əbədiləşdirilir - 28 İyun 2017, 15:08
Elza Seyidcahan özünə eşşək dedi: "Hamı bizə bənzəsin" - 28 İyun 2017, 14:54
Müdafiə Nazirliyindən ordumuzun 8 nəfər itki verməsi barədə fikirlərə - Münasibət - 28 İyun 2017, 14:43
AzTV-də özünü alman turist kimi təqdim edən İbrahimin atası danışdı: Oğluma görə çox narahatam - 28 İyun 2017, 14:35
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ - 28 İyun 2017, 14:25
Bazarda yer üstündə atışma: bir azərbaycanlı yaralandı, digəri tutuldu - 28 İyun 2017, 14:02
Aynişan əməliyyat olundu - FOTOLAR - 28 İyun 2017, 13:45
Müsavatın saxta vəsiqəsi ilə mühacirətə gedən şəxs barəsində axtarış elan olunub - 28 İyun 2017, 13:29
Rusiyada iki azərbaycanlı həbsdən qaçdı - TƏHLÜKƏ XƏBƏRDARLIĞI - 28 İyun 2017, 13:25
2 uşaq dərmandan, 2 nəfər isə spirtli içkidən zəhərləndi - 28 İyun 2017, 13:10
Ailəsi 22 yaşlı Leylanın ölümündə gizlədilən faktları açdı: "Əməliyyatın pulunu geri qaytarıb dedilər ki..." - 28 İyun 2017, 12:51
Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar - 28 İyun 2017, 12:31
İntihara cəhd edən gəlinin dayısını maşınla vurdular - Salyanda dram - 28 İyun 2017, 12:28
Sonuncu buraxılış imtahanında 60 minə yaxın şagird iştirak edəcək - 28 İyun 2017, 12:24
Azərbaycanın ən qalmaqallı kosmetoloqu vəzifəli şəxsin həyat yoldaşını ölümdən xilas etdi - FOTOLAR - 28 İyun 2017, 12:03
Könül Xasıyeva uzun fasilədən sonra səhnədə - video - 28 İyun 2017, 11:42
Zakir Həsənov NATO-nin toplantısında iştirak edəcək - 28 İyun 2017, 11:38
Qızıl bahalaşdı - 28 İyun 2017, 11:17
Xalq artisti "Afaq Bəşirqızı qələt edir..." - 28 İyun 2017, 11:10
Bakıda qadın kişini polisin gözü qarşısında yerə sərdi: "Mən "işverən" deyiləm" - VİDEO - 28 İyun 2017, 10:55
İstirahət və bayram günləri yol qəzalarında 10 nəfər ölüb - 28 İyun 2017, 10:45
“İş adamları problemlərin həllində fəal olmalıdırlar” - Mehriban Əliyeva - 28 İyun 2017, 10:21
Telekommunikasiya şirkəti Bakı Metropolitenini məhkəməyə verib - 28 İyun 2017, 10:03
"Otellərdə bir dənə də boş yer yox idi" - Nazir - 28 İyun 2017, 09:59
Ermənilər iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə atəşkəsi pozub - 28 İyun 2017, 09:35
Türkiyədə 3 hərbçi şəhid olub - 27 İyun 2017, 21:00
Azərbaycanda şirkət rəhbəri və telekanal əməkdaşı öldü: Dəhşətli qəza - 27 İyun 2017, 20:42
Əməkdar artist Həcc ziyarətindən qayıtdı - fotolar - 27 İyun 2017, 20:36
Şəkidə 81 yaşlı kişi ağacdan yıxılıb - 27 İyun 2017, 20:00
Masazırda məcburi köçkünlərə yeni mənzillər verilib - 27 İyun 2017, 18:50
Avropada yeni terror hədələri - 27 İyun 2017, 18:16
Məlahət Abbasova: "Atamın şilləsini yemişəm" - video - 27 İyun 2017, 17:43
“Formula-1” ilə bağlı 18 marşrutda edilən dəyişiklik ləğv olunub - 27 İyun 2017, 17:41
"WhatsApp"da göndərilən faylların həcmi artırılır - 27 İyun 2017, 17:31
Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib - 27 İyun 2017, 17:10
Bakı-Qazax yolunda baş verən dəhşətli qəzanın - FOTOLARI - 27 İyun 2017, 16:50
Qadın həbsxanasında biabırçılıq - FOTO - 27 İyun 2017, 16:28
Qəndab Quliyeva dəfn olundu - fotolar - 27 İyun 2017, 15:53
Azərbaycan-Polşa sənədləri imzalanıb - 27 İyun 2017, 15:27
“Google” 2,4 mlrd. avro məbləğində cərimələnib - 27 İyun 2017, 15:09
“Show tv"də qonaq olan Damla hamını təəcübləndirdi- Video - 27 İyun 2017, 14:46
Daha bir həkim səhlənkarlığı can aldı - 27 İyun 2017, 14:19
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10