00:58 çərşənbə, 24 Oktyabr 2018
DÜNYA

Nyu York sakinin başına göydən döşşək düşdü - FOTO

07:30, 21.09.20121124
Nyu York sakinin başına göydən döşşək düşdü - FOTO
ABŞ-ın Nyu York şəhərində yolun kənarı ilə gedən ali məktəb tələbəsi Cessi Skot Ouenin başına yataq döşşəyi düşüb. Hadisə şahidləri döşşəyin yaxınlıqda olan göydələnin 30-cu mərtəbəsindən düşdüyünü bildirib. Zərərçəkmişə yoldan keçənlər yardım edərək huşunu itirən tələbəni döşşəyin altından çıxarıblar. Hadisə barədə “Daily Mail” qəzetinə məlumat verən Ouen hər şeyin qəfildən baş verdiyini deyib. “Qəflətən başına ağır bir şey düşdüyünü hiss etdim və özümdən getdim. Hadisə şahidləri yanıma gələrək mənə köməklik göstəriblər”.
Qeyd edək ki, Cessi Skot Ouen boynundan xısarıt alıb və onun müalicəsi xəstəxanada davam edir.
XƏBƏR LENTİ