03:19 çərşənbə, 13 Noyabr 2019
Maqazin

“Oğlanı döyüb, kurtkasını çıxarıb” – Fədayə ilə bağlı etiraf

12:18, 07.11.20194664
“Oğlanı döyüb, kurtkasını çıxarıb” – Fədayə ilə bağlı etiraf

Müğənni Fədayə Laçın həbsxanadan çıxdıqdan sonra ilk dəfə efirdə qonaq olub.

"Hər şey daxil” verilişinin qonağı olan ifaçının anası ilə də bağlantı yaradılıb. Fədayənin uşaqlığından danışan Təranə xanım qızının uşaqlıqda bir oğlanı döydüyünü etiraf edib:

"Mən onu oğlan kimi böyütmüşəm, qız paltarları almamışam. İlahəyə kukla alanda, Fədayəyə maşın almışam. Məktəbdə yox, amma sonra bir oğlanı döyüb, kurtkasını əynindən çıxarıb. Məktəbdən sonra bir oğlan onun dalınca düşüb, o da oğlanı döyüb, kurtkasını çıxarıb. Tale Fədayəni yaman yerdə sınadı”. 

Fədayə Laçın özü də bunu etiraf edib:

"Mən ona demişdim ki, mənim dalımca düşmə. Yoxsa, səni bu kanala ataram. Bir-iki dəfə düşdü dalımca, üçüncü dəfə görəndə döymək istədim, qaçdı, kurtkası əynindən çıxdı. Kurtkanı da təpikləyə-təpikləyə gətirdim evə. 8-ci sinifdə oxuyurdum”. /// Yenisabah.az

XƏBƏR LENTİ