23:25 Cümə Axşamı, 23 May 2019
İDMAN

""Old Trafford” deyə, bir qorxumuz yoxdur" - Qvardiola

19:09, 24.04.20197989
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında Mançester Yunayted"lə keçirəcəkləri oyundan əvvəl açıqlama verib.

İspan mütəxəssis, əsas istəyinin Premyer Liqanı qazanmaq olduğunu deyib:

"Mançester Yunayted"i bu gün ən yaxşı oyunu ilə gözləyirəm. Futbolçular əllərindən gələni edəcəklər. Biz də bu matça ən yaxşı şəkildə hazırlaşırıq. Mənim üçün vacib olan Premyer Liqa çempionluğunu qazanmaqdır. Artıq üç mövsümdür ki, burdayam və hər keçən il daha yaxşı komanda oluruq. Amma hazırda hər şey çempionluğa bağlıdır, "Mançester Yunayted"i məğlub etməyə deyil".

"Qırmızı şeytanlar"a qarşı son 7 səfər oyununun 5-də qalib gəlmələrinə toxunan 48 yaşlı mütəxəssis, "Old Trafford"da oynamaqdan qorxmadıqlarını deyib:

"Mən keçmişə aid nəzəriyyələri sevmirəm. Hər oyun bir-birindən fərqlidir. Bu klub son 10 ildə çox böyüdü və artıq "Old Trafford" deyə, bir qorxumuz yoxdur. Bəlkə də, əvvəllər bu səfər çətin idi. Amma komandamızın futbolçuları və məşqçiləri son 10 ildə şərtləri bərabərləşdirdi".

Mançester derbisi bu gün, saat 23:00-da start götürəcək.
 
///goal.az
XƏBƏR LENTİ