06:25 Cümə, 23 Fevral 2018
SOSİAL

Oliqarx oğlunun “Gelandewagen”i avtoxuliqanlığa görə müsadirə olundu

10:17, 19.05.20174820
Oliqarx oğlunun “Gelandewagen”i avtoxuliqanlığa görə müsadirə olundu
Rusiyada "Lukoil” şirkətinin vitse-prezidenti Azad Şamsuvarovun oğlu Ruslan Şamsuvarovun "Mercedes-Benz Gelandewagen” markalı cipi dövlətin xeyrinə müsadirə olunub. 

Buna səbəb oliqarxın ərköyün oğlunun növbəti dəfə həmin avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair videokadrların sosial şəbəkələrdə yayılmasıdır. Həmin kadrlarda Şamsuvarovun "Gelandewagen”i yolun ayırıcı zolağının üstü ilə sürdüyü əks olunur.

Məhkəmənin qərarına görə avtomobil Şamsuvarovdan müsadirə edilərək dövlət əmlak xidmətinin balansına verilib. Avtomobil daha sonra hərracda satılacaq, pulu dövlət büdcəsinə köçürüləcək. Əslində avtomobilin müsadirə olunması barədə qərar ötən ilin oktyabrında çıxarılmışdı. Lakin belə görünür ki, avtomobili oliqarxın oğlundan hələ almamışdılar və o, növbəti dəfə avtoxuliqanlıq edib. İndi isə məhkəmə qərarı icraya yönəldilib və "Gelandewagen” evakuatorla aparılıb.
///sivil.az
0
XƏBƏR LENTİ