Oğlu itkin düşən ana: "Mənə dedilər ki, oğlundan "canlı bomba" kimi istifadə edəcəklər" - MÜSAHİBƏ

07 Aprel 2017, 15:09
AAA
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərinə gedən Azərbaycan vətəndaşı Şükürov İlkin Xanəsgər oğlundan 1 aydır ki, xəbər yoxdur.
 
İtkin düşən İlkin Şükürovun anası Ülkər Şükürova AZXEBER.COM-a geniş müsahibə verib.
 
- İlk olaraq hadisə haqda məlumat verərdiz...
- İlkin 1990-cı ildə Rusiyada dünyaya göz açıb, Azərbaycan vətəndaşıdır. Oğlum mart ayının 4–də Bakıdan "Toros" Turizm şirkətinə aid avtobusla İstanbula gedib və həmin gündən ondan xəbər yoxdur. Mən 1 aydır ki, hər yerdə onu axtarıram, ancaq tapa bilmirəm. Həmişə deyirdi Türkiyədə yaşamaq istəyirəm, ən böyük arzum İstanbulu görməkdir. Ötən il İstanbula gəzməyə gedəcəkdik, amma alınmadı. 6 aydır çox dəyişmişdi. Özünə qapanırdı, gizli-gizli telefonla danışırdı. Şübhələnirdim. Başqa birinə çevrilmişdi. Baxışları belə dəyişmişdi. Evdən getmədən bir neçə gün öncə dedim ki, oğlum birdən gedərsən bir yerə, səni aldadıb apararlar. Elə bir ürəyimə dammışdı. Dedi "yox mama, mən səni buraxıb heç bir yerə getmərəm". İnanmazdım ki, oğlum məni atıb gedər. Ayın 3-də evdən çıxıb, 4-də xəbər tutduq ki, pasportu ilə Türkiyəyə gelib. Özü ilə heç nə götürməyib. Avtobusda bilet alanda deyib ki, Laləliyə gəzməyə gedirəm. Telefonu da o gündən bağlıdır.
 
- Bu 1 ayda oğlunuz sizinlə əlaqə saxlayıb?
- Mənə SMS yazmışdı ki, mən Şam şəhərindəyəm. Bir daha məni axtarmayın. Nə qədər həmin nömrəyə zəng edirik, telefonu açan yoxdu. Türk polisinə müraciət etmişəm, onlar da axtarır. Oğlum kiminlə oturub dururdu bilmirəm. Səsimi hər kəs eşitsin istəyirəm. Oğlumu tanıyanlar, bilənlər mənə kömək etsinlər. Çarəsizəm. Gözümün ağı qarası bir oğlum var. Mən onsuz yaşaya bilmərəm. Bilirəm oğlumu Türkiyəyə aldadıb, gətiriblər. O heç vaxt məndən ayrılmazdı. Xahiş edirəm bir gözüyaşlı ananın səsini eşidin, mənə kömək edin.  Bir neçə gün bundan əvvəl oğlum teleqramla mənə "Ana mən sənin haqqını ödəyə bilmədim, məni bağışla” deyə bir məktub yazıb. Çox yazmır, sanki qorxur yazmağa. Bilirəm ki, o rahat şəraitdə olsa, mənə zəng edər, danışar, problemini deyər. 
 
- Bəs ondan harada olduğunu soruşmusuz?
- Soruşuram, ancaq o bu haqda nəinki mənə, heç kimə yerini deyə bilməyəcəyini deyir. Tez-tez soruşanda isə cavabı ”Siz mənim ölməyimi istəyirsiniz? Bu sualı mənə verməyin” deyir. Onun sözündən belə anlayıram ki, çox üstünə getsəm, oğlumu öldürə bilərlər.
 
- Oğlunuz bu günə qədər sizə problem yaradıbmı? Bundan əvvəl yoxa çıxıb heç?
Yox, istəsəniz maraqlana da bilərsiniz. Oğlum 132 nömrəli məktəbi bitirib. Oğlum olduğuna görə demirəm, ancaq o bir dəfə də olsun mənim üzümə qayıtmayıb. Yəni bu tərbiyənin sahibi olub oğlum. Sonra nə baş verdi bilmirəm. Onun bütün dostları, tanışları bu xəbərdən şoka düşüblər, heç kim inana bilmir ki, oğlum yoxa çıxıb. Oğlum çox şən biri idi, ancaq son aylar özünə çox qapanmışdı, heç kimi yaxınına buraxmırdı. 
 
- Bakıda olanda hər hansı bir dini cərəyan və ya qrupla əlaqəsi var idi?
Evimizlə üzbəüz Xurma restoranı var idi. Oğlum tez-tez ora gedib-gəlirdi. Orda vəhabilərə qoşulmuşdu və saqqal saxlamağa başlamışdı. 2 ay sonra yalvar-yaxardan sonra saqqalını azaltdı və mənə "ana yavaş-yavaş onlardan uzaqlaşıram” dedi. 
 
Oğlunuz yoxa çıxandan sonra həmin insanlarla görüşdünüz?
- Axırıncı görüşdüyü oğlanla görüşdük, o isə oğlumu tanımadığını dedi. Ancaq mən oğlumu son gördüyüm gün, o telefonda ”Rizvan tez ol" deye bir ifadə işlətdi. Ancaq Rizvan oğlumun kim olduğunu xatırlamadını dedi. Axırıncı dəfə onunla danışıb. Səhər də evdən çıxıb. Evdən heç bir şey götürməyib pasportundan başqa. 
 
- Bəs dostları, qohumlarınız onun saqqal saxlamasına necə münasibət bəsləyirdi?
- Dediyim kimi son zamanlar heçkimlə əlaqəsi yox idi. Qohumlarım əvvəl məni tez-tez xəbardarlıq edirdilər ki,oğlun vəhabilərə qoşulub. Qorxduğum üçün gəlib, bunu oğluma deyirdim. Ona dedim ki, mən belə şeylərdən qorxuram, xahiş edirəm diqqətli ol dedim. Ancaq o, Allaha and içərək heç yerə getməyəcəyini deyirdi. Allaha çox and içməzdi. Hər şeyə görə də and içməzdi. "Əvvəllər belə bir fikrim var idi, ancaq indi yox”- demişdi mənə. Getməmişdən bir gün qabaq mənə qohumdan bir qız tapmağımı və evlənmək istədiyini demişdi. Mən də həmin dəqiqə qohumlarımıza dedim ki, "oğlum evlənmək istəyir, ona qız tapaq" dedim. Ancaq səhəri gün heç nə demədən çıxıb getdi.
 
- Bir neçə həftə əvvəl məsələylə bağlı İstanbulda idiz. Türkiyə polisi onun ölkədən çıxması ilə bağlı hər hansı məlumat verib?
- Türkiyədə yoxlatdırdım, sərhəddi keçməsi haqda heç bir məlumat yoxdur. Məncə o Türkiyədədir. Ancaq bir məsələdə var ki, ola bilər başqa yollarla o Suriyaya aparılıb, mənim ən çox qorxduğum budur.  Bundan başqa Bakıda Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişəm. Bakı şəhər Baş Polis İdarəsinə və Türkiyədə olan konsulluğumuza da müraciət etmişəm. Əgər oğlum bu yolun adamıdırsa, onun həbs olunub cəzasını almasını istəyirəm. Ancaq bir ana kimi oğlumun yerini bilmək istəyirəm.
 
- Maddi durumunuz necə idi? Oğlunuz son zamanlar necə dolanırdı?
- Mən özüm "Qazmaq" restoranında aşbaz işləyirdim. 700 manat maaş alırdım. Evdə balaca küplərdə qatıq çalırdım, oğlum da bunu hər gün mənim iş yerimə gətirirdi. 200 manat maaş alırdı, 07 markalı maşını da var idi. Bir gün işə düzəldiyini və pul lazım olduğunu dedi. Onun üçün bankdan pul götürdüm. Mən çox utanıram kiməsə ağız açmaq üçün. Ancaq artıq əlacsızam, oğlumu tapmaq üçün Türkiyəyə getməliyəm, ancaq bilet puluna da gücüm çatmır, son çıxış kimi efirlərə və saytlara üz tuturam. Nə edəcəyimi də bilmirəm, sizdən rica edirəm ki, mənə kömək edəsiz.
 
- Oğlunuzun hansısa terror təşkilatına qoşula biləcəyini düşünürsüz?
- Mən Türkiyədə olanda mənə dedilər ki, belə uşaqları "canlı bomba" kimi istifadə edirlər, düzünü deyim buna inanmaq istəmirəm. Mən sadəcə oğlumu görmək istəyirəm, son dəfə ona dedim ki, mənə şəklini göndər dedi ki, bunu edə bilmərəm. Dedim onda yatdığın yerin şəklini çək qoy onu görüm, heç olmasa bir az sakitləşim ki, oğlumun yatdığı yer soyuq deyil (ağlayır)
 










 


Oxunma sayı : 6336

SON XƏBƏRLƏR
Xaçmazda meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB - 20 Sentyabr 2017, 23:44
"Ac-yalavac birini neynirəm?" - Mətanətin toyu təxirə düşdü - 20 Sentyabr 2017, 23:16
Həbsxana həyatı yaşamış məşhur idmançılarımız - SİYAHI - FOTO - 20 Sentyabr 2017, 22:45
Neftçilərin dostu, Yeni "Əsrin müqaviləsi"... - Neftçilər günündə fərqləndirdiklərimiz - 20 Sentyabr 2017, 22:25
Avropa Liqasının final matçı Bakıda keçiriləcək - 20 Sentyabr 2017, 22:06
Könül Xasıyeva ona 70 min atan müğənnini bağışlayıb - 20 Sentyabr 2017, 21:36
18 yaşlı oğlan hamamda huşsuz vəziyyətdə tapılıb - 20 Sentyabr 2017, 20:55
Xaçmazda meşə yanğını başlayıb - 20 Sentyabr 2017, 20:28
Ukrayna Rusiyadan 5 milyard dollar tələb edir - 20 Sentyabr 2017, 19:56
2019-cu ildə Avropa Liqasının final matçı Bakıda keçiriləcək - 20 Sentyabr 2017, 19:23
İlham Əliyev BMT-də 2 yaşlı Zəhranın qətlindən danışdı - 20 Sentyabr 2017, 18:05
“Baku Bus”-ın 1 saylı avtobusundan şikayət- sərnişinlər evlərinə gedib çıxa bilmir - 20 Sentyabr 2017, 18:03
"Qarabağ" - "Roma" oyununa biletlərlə bağlı açıqlama - 20 Sentyabr 2017, 17:56
"Bu Prezidentimizin Azərbaycan gəncliyinə diqqətinin göstəricisidir" - 20 Sentyabr 2017, 17:52
Bu gün azərbaycanlı teleaparıcının toyudur - 20 Sentyabr 2017, 17:36
7 il ana ola bilməyən Əzizə üçəm dünyaya gətirdi – VİDEO - 20 Sentyabr 2017, 17:26
Xanımını lüt soyundurub işgəncə verən ər həbs edildi - 20 Sentyabr 2017, 17:26
Qəzaya düşən bu uşağın valideynləri axtarılır - 20 Sentyabr 2017, 17:23
Bakıda minə yaxın küçə iti sığınacağa verilib – RƏSMİ - 20 Sentyabr 2017, 17:18
"Eldar Mahmudov bizdən nə istəyirdi?!"- intihar edən polkovnikin qardaşı - 20 Sentyabr 2017, 16:59
“Nar Home”-dan “Aylıq yox, günlük ödə!” təklifi - 20 Sentyabr 2017, 16:52
Türkiyədə polis helikopteri qəzaya uğrayıb: Bir ölü, bir yaralı - 20 Sentyabr 2017, 16:48
DYP-dən uşaqlarını məktəbə aparan valideynlərə - Xəbərdarlıq - 20 Sentyabr 2017, 16:43
Azərbaycanda yeni gənclər hərəkatı yaradıldı: "Cavan" - 20 Sentyabr 2017, 16:30
Çovdarov məhkəmədə son sözünü deyəcək - 20 Sentyabr 2017, 16:25
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - 20 Sentyabr 2017, 16:12
"Neymara kömək etməliyik" - Kavani - 20 Sentyabr 2017, 16:02
Prezidentin Lənkəran səfəri – Taleh Qaraşovla Müşviq Rəhimov ifşa oldu – Detallar - 20 Sentyabr 2017, 16:00
Mikayıl Cabbarova yeni vəzifə verildi - 20 Sentyabr 2017, 15:48
Dünya çempionunu öldürən Anardan yeni xəbər - 20 Sentyabr 2017, 15:40
Əli Kərimli yenə tək qaldı: "Mitinqə yalnız dost, tanışı gələcək" - 20 Sentyabr 2017, 15:13
Göygöldə əhali içməli suya həsrət qalıb: İcra Hakimiyyəti suyu satır - 20 Sentyabr 2017, 15:12
Şagirdini hamilə qoyan müəllim azadlığa buraxıldı - 20 Sentyabr 2017, 15:05
Faiq Ağayev Ədalət Şükürovu biabır etdi: "O özü üçün danışır" - 20 Sentyabr 2017, 15:03
Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu - FOTO - 20 Sentyabr 2017, 14:46
"Azərbaycan şou-biznesində 10 nəfər kişi yoxdur" - Manaf əsəbiləşdi - 20 Sentyabr 2017, 14:38
Ziya Məmmədovun bacısı niyə “yoxlanılır” - İlginc təfərrüat - 20 Sentyabr 2017, 14:30
QMİ-nin saytı fəaliyyətini dayandırdı - 20 Sentyabr 2017, 14:16
Bakı metrosunda "wi-fi" olacaq? - 20 Sentyabr 2017, 14:00
Lütfi Zadənin oğlu atasının dəfnində iştirak etməyəcək - 20 Sentyabr 2017, 13:51
İcra başçısı bu gün qız köçürür - Süleyman Mikayılov kimlə qohum oldu? - 20 Sentyabr 2017, 13:38
Nazim İbrahimovla bağlı qalmaqal - “Mənə 159 min borcu var” - 20 Sentyabr 2017, 13:26
“Şeyxin oğlu 2 rükət namazı güclə qılır” - Hacı Qalib - 20 Sentyabr 2017, 13:09
Nazirlik araşdırmaya başladı: Ziya Məmmədovun bacısı işdən çıxarıldı? - 20 Sentyabr 2017, 13:02
Azərbaycanda ana doğuşdan sonra müəmmalı şəkildə öldü: "Ağzından köpük gəlirdi, çırpınırdı" - 20 Sentyabr 2017, 12:41
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10