05:23 Cümə, 19 Iyul 2019
SİYASƏT

“Oğlum da deputat olmaq istəyir” – Siyavuş Novruzov

14:11, 29.04.20198172
“Oğlum da deputat olmaq istəyir” – Siyavuş Novruzov
"40 il fasiləsiz olaraq idmanla məşğul olmuşam. Sərbəst güləş üzrə idman ustasıyam. Yaxın ətrafda olan uşaqlara müəyyən fəndləri göstərirəm". 

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və diniq urumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov Modern.az–a müsahibəsində deyib: 

"Oğlum da idmana gedir. O bizim sahəni seçmədi. Boksu seçdi. Hesab edirəm ki, hər kəs ən azı idmanın bir növü ilə məğul olmalıdır. Həm uşaqların formalaşması , həm özünümüdafiə üçün çox önəmlidir. İdman, hərbi xidmət və yataqxana rejimində yaşamaq insanın formalaşmasının ən əsas şərtlərindən biridir. 7 il yataqxanada yaşamışam. Dövrümüz çətin illərə təsadüf edib. Həm müstəqilliyin əldə edilməsi, həm cəbhə bölgəsində gedən döyüşlərdə iştirak etmək, dövlət çevrilişlərinin qarşısını almaq… Elə gənclər vardı ki, öz gəncliyini yaşadı və bizə qoşulmadı. Oğlum indi də deputat olmaq istəyir. Fikrini dəyişməyib. Hazırda 10-cu sinifdədir. Fikrində stabildir. Dərslərini yaxşı oxuyur. Humanitar sahəyə daha çox meyllidir".
XƏBƏR LENTİ