05:23 çərşənbə, 20 Noyabr 2019
KÖŞƏ

Onda Elmar, indi cənab polkovnik…

17:00, 21.08.20198619
Onda Elmar, indi cənab polkovnik…

Jalə Mütəllimova
 
Müxalifətin manipulyasiya yerləri, böyük faciələr…

Mərhumun qayınatası yazıb ki, dəfn mərasimindən siyasi divident kimi istifadə edilməsini istəmirik. Qabil müəllimə hücuma başlanılıb, "sən deyəsən özün baş verənlərdən siyasi divident kimi istifadə eləmək istəyirsən” , "birini başa çıxarırsan, birinə gəlmə deyirsən, bu iyrənc yanaşmadır”…

Hələ İlqar Məmmədov lap irəli gedib. Dilədiyi rəhmətdəki ritorika adamın ətini ürpədir. Hə, o pilot bizimdir, hamımızın. Hətta Azərbaycanda yaşayan küçədəki bomjundur. Çünki yaşadığı şəhərin təhlükəsizlik təminatçısı, qoruyucusu, tək bir evin yox, bir ölkənin fəxri idi. O, təkcə Ali Baş Komandanın deyildi. O üzdən tərbiyəsizlik eləyib "elə bil şəhid pilot İlham Əliyevindir, heç kim gəlməsin deyilir. Yaxşı o sən, o qorxmuş qohumları. Allah rəhmət eləsin!”

Ölüyə də, diriyə də rəhmət düşür, Allah sizə də rəhmət eləsin. O mənada ki, bir məniniz, ruhunuz ishal, azad olsun nəhayət ki, İlqar bəy!..

Və ya Qabil Hseyinli kimi ziyalı birini fırıldaqçı, riyakar, yaltaq, yarınan adlandırıb, dövlət qulluğundan qovulmaqda ittiham edirlər. Üzərindən dövlətə və onun ali liderinə aşınmış siyasətçi deyib ədəbsizlik edirlər.

Qaldı ona ki,  Qabil Hüseynli mehtiyevçidir (PA-nın icra rəhbə Ramiz Mehtiyev nəzərdə tutulur), düşünürəm mehtiyevçi olmaq "FSB”, ETTALAT və sair "çi” olmaqdan pis iş deyil. Burda qəbahətli bir iş yoxdur. Qəbahətli olan günlərdir qızını ovuda bilməyən, kürəkəni hissələrə ayrılmış vəziyyətdə dənizdən çıxarılan bir ataya, valideynə tərbiyəsizcə davranmaqdır. Bu artıq insanın işindəki xıltın görünməsidir, mahiyyətinin açılıb ortaya çıxmaıdır. Başqa heç nə deyil. Bir gün bu xıltı zor-güc çevrənizə cəm elədiyiniz, üzərlərindən dividentlər, qrantlar qazandığınız yazıq adamlar da başa düşər yəqin. Qaldı şəhid polkovnik Atakişiyevə…

….Rəşad Atakişiyev hərbçidir, pilotdur, azərbaycanlıdır, ailəsindən çox, bizim.  Hələ bilinmir, onun başına gələn olayda yaxın uzaq düşmənlərin əli varmı, yoxmu?! Dəqiq bilinən odur ki, otuz dörd yaşlı cavan bir insan, iki uşaq atası, bir qadının sevdiyi həyat yoldaşı, Azərbaycan üçün nüfuzlu bir zabit, savadlı mütəxəssis həlak olub. Bəlli məsələdir, Rəşad Atakişiyev kimi insan o yana dursun, mütəxəssisin hazırlanması nə qədər əzablı və əziyyətli yoldan, illərdən və vəsaitdən keçir. Üstəlik, insanın ailəsi yaxınları günlərdir yediyini-içdiyini bilmir. Oğul harayı, ata harayı,  həyat yoldaşı harayı edir.

Müxalifətsə bu olayın üzərindən çağırışlar edir, lap "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun dəfnində olduğu kimi. Elmarın cənazəsi ortadan, balalarına aldığı şirniyyat beyin dağılmış beyin mayesinə qarışıq, qanın içində, mən əməliyyatçıların arasından birtəhər yol tapıb içəri girən yeganə kənar jurnalist (əməliyyatçı bilmişdilər, sonra fərq edib, təcili cıxardılar istintaq aparıldığı məkana olmazdı girmək axı) birdən aşağıdan səslər eşitdim "İstefa, istefa, istefa”…Cənazə ortada, Əli Kərimli və çevrəsi aksiya başlamaq istəyirdilər.  Adamlar bir-birinə maddım-maddım baxır ki, bunlar nə edir axı belə?! Hələ vaxt eləyib çıxışa da başladılar. Bir neçə dəfə səsləndirilən, hakimiyyətə yönəlik "istefa!” şüarından sonra onlara hüquq mühafizə orqanlarının rütbəli zabitlərindən biri yaxınlaşdı və dedi, "müəllim, sakit  olun, gecədi, ayıbdı axı. Bu boyda hadisə olub, adamın ailəsi darmadağın, siz, şəxsi iddidnızdan dolayı manipulyasiya eləyib, aksiya başlayırsınız”.  Kimsə də bərkdən qışqırdı ki, "bəsdirin əəə, adam kişi olar!”…

İndi gün o gün olmasa da, mənzərə həmin mənzərədir. Gənc bir insan şəhid olub. Ailəsi, pərən-pərən, ölkənin keçmiş dövlət katiblərindən biri olan qayınatası Qabil Hüseynlinin əlacsızlıqdan açıqlama verib ki, bəs "müxalifət siyasi partiyaları üzvlərindən dəfn mərasiminə qatılmamağı xahiş edirik”, adamı az qala topa tutublar. Qabil müəllim şəxsiyyətinə, adına heç zaman xələl gətirməyən nüfuzlu ziyalılardan, dövlət adamlarındandır. Onu hədəfləyən, qınayan bir topa məxluq və onların ağalarısa nə müqəddəs şəhid adına sayğı duyur, nə faciəni başa düşür, nə də insanlıq etməyi bacarır…

Bacarmayın, bacarmayın və beləcə hətta insan olaraq da sayılmayın, mərasimlərdən qovulun. Halbuki bir şəhidin dənf mərasimində hətta düşmən olanlar da bir birinin qapısına gedər və kimsə səsini çıxarmaz. Siz o qədər ria, o qədər yalan-dolan adamısınız, o qədər xəyanət içindəsiniz ki, şəhidin ailəsi vida törəninə belə qatılmağınızı istəmir. Bəlkə bu göstəricilər, sizə dərs ola. Ya da onca səradan çıxardığınız beyin sizin mahiyyətinizi anlaya…

Səninsə ruhuna qurban,  şəhidim, bizi göylərdə qoru, sənə ehtiyacımız var…

 

XƏBƏR LENTİ
lardan', ), ), ); ?>