07:17 çərşənbə, 16 Oktyabr 2019
İDMAN

“Onlar neft satırlar, biz isə pomidor”

17:33, 08.07.20195531
“Onlar neft satırlar, biz isə pomidor”
"Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sperantsa”nın prezidenti Petru Efros və komandanın baş məşqçisi Kristian Efros şansları dəyərləndirib.

Qol.az-ın Moldova mətbuatına istinadən yaydığı xəbərə görə, P. Efros maraqlı açıqlaması ilə diqqət çəkib. O, bildirib ki, cütün taleyini baş məşqçilər həll edəcək:
 

"Başa düşmürəm, niyə "Neftçi”ni favorit sayırlar. Onlar neft satırlar, biz isə pomidor. Burada heç bir problem görmürəm. Şanslar bərabərdir. Hər şey Kristian və Bordindən asılıdır. Bordinin sərəncamında güclü futbolçular ola bilər. Amma düşünürəm ki, onlar ən yaxşı deyillər”.

"Sperantsa”nın çalışdırıcısı K. Efros isə üstünlüyün öz tərəflərində olduğunu söyləyib: "Hazırda onların çempionatında fasilədir. Ona görə də rəqibi analiz etmək mənim üçün çətindir. Yoxlama matçlarında gördüklərimə əsasən deyə bilərəm ki, sürətli cinah oyunçularının hesabına hücum futbolu oynamağa çalışacaqlar. Bizim üstünlüyümüz odur ki, Moldova çempionatında hər həftə oyun keçiririk”.

Qeyd edək ki, "Neftçi" ilə "Sperantsa" arasında ilk oyun iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq. Hər iki görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.
XƏBƏR LENTİ