12:34 Cümə Axşamı, 25 Aprel 2019
İDMAN

"Onlara ehtiyacımız var" - Messi

16:41, 29.01.20194943
"Barselona"nın futbolçusu Lionel Messi, İspaniya kubokunun 1/4 final mərhələsinin "Sevilya" ilə cavab matçından əvvəl fikirlərini bildirib.

AZXEBER.COM komanda.az-a istinadən xəbər verir ki, "Mundo Deportivo" nəşrinə danışan Messi, "Sevilya"nın güclü rəqib olduğunu deyib:

"Sevilya"ya qarşı döyüşmək həmişə çətin olub. Onlar komanda halında yaxşı müdafiə olunur, əks-hücumlarda da ciddi təhlükələr yaradırlar. Matçın gərgin keçəcəyini düşünürəm.

Bizim azarkeşlərimizə ehtiyacımız var. Onlar arxamızda olduqları müddətdə, istədiyimiz nəticəni rahatlıqla qazana bilərik. Mövsümün sonunda titullar qazanmaq istəyiriksə, bu matçda da yaxşı  nəticə əldə edərək, yolumuza davam etməliyik".

"Barselona" - "Sevilya" matçı sabah, saat 00:30-da start götürəcək.
XƏBƏR LENTİ