22:40 çərşənbə Axşamı, 23 Iyul 2019
Maqazin

“Onu görəndə özümü unuduram” - Əri “Toppuş bacı” haqda

14:23, 11.07.20195942
“Onu görəndə özümü unuduram” - Əri “Toppuş bacı” haqda
"5 il əvvəl mən ailə quranda sual verirdilər ki, sevib ailə qurmusan, yoldaşını sevirsən? Onu ilk gördüyüm gün anladım ki, bu xanım körpəmin anası olmalıdır!”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb.0

Tünzalə ilə evliliyinin 5 ilini qeyd edən Royal həyat yoldaşı haqda fikirlərini bildirib:

"Biz bir yerdə işləyirdik, hər gün ona bir gül alıb qarşısında dayanırdım. Bir gün cəsarətimi topladım və onu tanımaq istədiyimi söylədim, sağ olsun ki, təklifimi yerə salmadı. Beləcə, ilk addımı atmış olduq. Və mən aşiq olduğumu anladım. Onu görəndə hər şeyi unudurdum, hətta özümü belə... Bir gün qalan həyatımızı birlikdə keçirməyi təklif etdim, çünki o mələyin daima yanımda olmasını istəyirdim. Evlilik təklifimi qəbul etdi və biz evləndik. Beləliklə, ikimiz yeni bir həyata başladıq. Bu insan bütün ömrünü mənə həsr etdi, yalnız mənim üçün yaşadı. Çətin anlarda belə mənə deyirdi ki, Röyal yemək ye, istirahət et, yorma özünü. Belə bir mələyi necə sevməmək olar, belə bir insana necə valeh olmamaq olar? Bəlkə də zaman-zaman onu üzdüm, amma o, məni əsla üzmədi. Evləndiyimiz gündən bəri yalnız bir gün ayrı qalmışıq. Bir də xəstələnəndə.

O, mənə özü kimi mələk bəxş etdi və məni dünyanın xoşbəxti etdi. Ona hər gün bir daha çox aşiq oluram, hər gün yenidən tanış olmuş kimi sevgim bir qədər də artır. Çox şanslı kişiyəm ki, belə bir həyat yoldaşım var. Bu gün evliliyimizin 5 ili tamam oldu, səni çox sevirəm, nə yaxşı ki, varımsan. Bu sevgidən saatlarla yaza və danışa bilərəm, səni çox sevirəm, hər şeyim”.

Qeyd edək ki, T.Əliyeva hazırda onkoloji xəstəlikdən əziyyət çəkir.
XƏBƏR LENTİ