16:14 Bazar Ertəsi, 16 Iyul 2018
KRİMİNAL

Oğru aləminə dair mahnı sifarişi verdi, öldürüldü - Bakıda gecə klubunda cinayətin təfərrüatı

14:35, 13.06.20175997
Oğru aləminə dair mahnı sifarişi verdi, öldürüldü - Bakıda gecə klubunda cinayətin təfərrüatı

Bakıda gecə klubunda müştərini bıçaqlayan şəxsin məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Vüsal İnrahimovun cinsyət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.

Məhkəmə prosesində şahidlər ifadə verib.

İlk şahid Şəlalə Mirzəyeva ifadəsində deyib ki, klubda xadimə işləyib.

O, bıçaqlanma və davaya şahidlik etmədiyini söyləyib: "Sonradan xəbər tutmuşam. Nə vuranı, nə də vurulanı görmüşəm. Səs-küy, qışqırıq eşitdim. Mən xadiməyəm. Ancaq mətbəxdə oluram. Məni çağırdılar ki, qanı təmizləmək lazımdır. Mən də bilmədim təmizlədim. Sonra polislər gəldi. Qanı sildiyim yerləri polislərə göstərdim. Bilmirdim ki, oranı silmək olmaz. Dedilər, sil, mən də sildim".

Şahid suallara cavab verərkən bara əxlaqsız qadınların gətirilməsi barədə heç bir məlumatının olmadığını deyib.

Digər şahid Ziyad Hüseynli gecə klubunun mühafizəçisi olduğunu deyib.

O, hadisə günü gördüklərini belə danışıb: "Məm fəhlə işləyirdim. Amma kluba mühafizəçi lazım olanda məni hərdən çağırırdılar. Həmin gün çöldə qapının ağzında dayanmışdım. Birdən Vüsal çölə çıxdı. Dedi ki, içəridə adam vurub. İnanmadım, içəri girib baxdım ki, bir nəfər yerdə uzanıb, hamı da başına yığışıb. Birinci müdirə zəng elədim. Sonra yaralı olan şəxsi maşına mindirib xəstəxanaya apardılar".

Z.Hüseynli qətlə yetirilən şəxsin bara gələrkən içkili olduğunu və sonradan da içki içdiyini deyib.

O, qətli törədən şəxsin isə içkili olmadığını bildirib: "Müdiriyyət icazə vermir. İşçilər heç vaxt işdə içmir. Vüsal mənə bir onu dedi ki, söyüş söydüyü üçün vurmuşam".

Məhkəmədə məlum olub ki, şahidlər ifadə verərkən deyiblər ki, mərhum barda oğru aləminə aid mahnı sifariş vermək istəyib. Mübahisə də elə buna görə, baş verib.

Təqsirləndirilən şəxs isə mərhumu vurmasını özünü müdafiə etməsi ilə izah edib: "Əlində beşbarmaq var idi. Məni söyürdü, üstümə gəldi. Məndən güclü idi. Özümü müdafiə etmək üçün vurdum. Onu öldürmək istəməmişəm. Əlbəyəxa olanda vurdum. Ora da qaranlıq idi. Hadisədən peşmanam. Polisə də özüm təslim olmuşam".

Məhkəmədə mərhumun atası, hüquqi varis kimi tanınan Azər Atakişiyev də suallara cavab verib

O, iddia edib ki, oğlu tək döyülməyib:

"Tək vurmayıb. Onun yanında kimsə olub. Amma boynuna almır. Oğlumu arxadan vuriblar. Bıçaq 8 santimetr içəri girib".

Azər Atakişiyev əlavə edib ki, qətli törədən şəxsin atası, əmiləri və yaxınları onlara kömək ediblər: "Xəstəxanada 200 manat atası verdi. 300 manat yasa pul veriblər. 1200 manat da kiçik qardaşıma dəfn günü veriblər. Yas mərasimlərində də bir neçə dəfə də iştirak ediblər".

Hadisə Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib.

1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.

Su-tikinti xəstəxanasına aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

Növbəti məhkəmə prosesi iyunun 21-nə təyin edilib.

XƏBƏR LENTİ