02:41 Cümə Axşamı, 18 Iyul 2019
Maqazin

"Oğullarım kimi istəsə, onu da alacam" - İzzət

11:30, 19.04.20192342
"Övladlarımımn müğənni olmasının əleyhinəyəm, istəmirəm... Bəzi şeylər var ki, qarşısını almaq olmur. Çalışacam ki, bu sənətə gəlməsinlər. İstəyirəm başqa peşənin sahibi olsunlar. Həkimliyi çox sevirəm. İstəyirəm övladlarım həkim olsunlar".

Bu sözləri müğənni İzzət Bağırov "Şou news" verilişinə açıqlamasında deyib. Sənətçi bildirib ki, övladlarının şou-biznesə qatılmasını istəmir. 

İzzət "Övladıma müğənni qız almaram" deyən sənət dostlarına da cavab verib:  

"Kimi istəyəcəklərsə, onu da alacam. Əlini kimə uzatsa, gedib alacam. Əsas odur nəsli təmiz, düzgün əqidəli olsun. Ay şou-biznesdəndir, sənətdədir, mənə önəmli deyil. 

Bu sözü deyənlər, məncə işin çətinliyini nəzərə alır. Ağır, keşməkeşli sənətdir. Özüm də İzzət Bağırov olmaq üçün iynə ilə gor qazmışam".
 
///Axşam.az
XƏBƏR LENTİ