08:04 Bazar Günü, 17 Dekabr 2017
İDMAN

Oğurluğa görə tutulan futbolçu azadlığa çıxdı

17:48, 09.10.2017314
Oğurluğa görə tutulan futbolçu azadlığa çıxdı

Oğurluğda təqsirkar bilinən futbolçu "Sumqayıt" klubunun futbolçusu Nicat Muxtarov artıq azadlığa çıxıb.

AZXEBER.COM Qafqazinfo-a istinadən xəbər verir ki, o, artıq 3 gündür ki, sərbəst buraxılıb. 

Sentyabr ayı ərzində müxtəlif vaxtlarda Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanmasında şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulub.

Qeyd edək ki, hadisədən sonra dəstə üzvləri kabelləri A.Mehdiyevin avtomobilinə qoyaraq dəniz kənarında yandırıblar və mis halında Sumqayıt şəhərində yerləşən əlvan metal qəbulu məntəqələrinə satıblar.

0
XƏBƏR LENTİ