10:19 Bazar Günü, 16 Dekabr 2018
MÜSAHİBƏ

”Çox döyüldüm, işgəncə gördüm, çox ağladım” – Azərbaycanlı müğənni

18:44, 27.09.20163297
”Çox döyüldüm, işgəncə gördüm, çox ağladım” – Azərbaycanlı müğənni

ARB TV-nin "Gəlin danışaq” verilişinin qonağı olan məşhur müğənni Roza Zərgərli maraqlı açıqlamalar verib.Tanınmış müğənni yazdığı kitab haqda çəkdirdiyi videorolikin birmənalı qarşılanmadığını bildirib:"İndi deyəcəyim şeyləri kim necə yozursa, yozsun. Bəziləri bu kitabın tanıtım videorolikini erotik saydılar. Çünki bu insanların erotikadan, ekzotikadan, sənətdən anlayışları yoxdur. Orada bir söz var ki, "onun göz yaşları mənim çılpaq çiyinlərimə tökülürdü”. Onlar bunu yozdular. Amma kitabı oxusalar, bilərlər ki, atamın göz yaşlarıdır o. Kitabda hər şeyi vurğulamışam. Amma hər kəs bunu erotik məcraya yozdu”.Sevilən ifaçı yaşadığı çətinliklərdən danışıb:

"Axı, biz niyə hər şeyə düzgün yanaşmırıq? Videorolikin sonunda dediyim "qarşımda başqa dünyanın qapıları açıldı” ifadəsi sənətimdir. Həmin qapılar sənətimə açıldı. Çox incidildim, çox döyüldüm, işgəncələrə məruz qaldım. Ağlamağı bacarmayan insanam, amma çox ağladım. Bu kitabım əsl gənc qadınlara aiddir. Mənim səhvlərimin üzərində düzgün istiqamətdə zəif olan qadınları püxtələşdirməkdir”.




XƏBƏR LENTİ