19:03 Cümə, 19 Iyul 2019
İDMAN

Oyuna Rusiya əleyhinə şüarla çıxdılar - Gürcü futbolçulardan etiraz

15:09, 24.06.20193628
Oyuna Rusiya əleyhinə şüarla çıxdılar - Gürcü futbolçulardan etiraz
Gürcüstan yüksək liqasının dünən və srağagün keçirilən oyunlarına üç komanda - "Torpedo" (Kutaisi), "Rustavi" və Tbilisi "Lokomotiv"inin futbolçuları meydana antirusiya şüarları ilə çıxıblar.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, komandaların formalarının üzərində "Biz Gürcüstandanıq. Rusiya bizim ölkəni işğal edib" sözləri yazılıb.

Daha sonra Gürcüstan Futbol Federasiyasının saytı "Lokomotiv"in matçından fotoları "Biz torpaqlarımızın 20 faizinin işğal olunmasını unutmuruq" sözləri ilə paylaşıb.

Xatırladaq ki, rusiyalı deputatın Gürcüstan parlamentindəki beynəlxalq tədbir zamanı bu ölkənin parlamenti sədrinin yerində oturması etirazlara səbəb olub.
XƏBƏR LENTİ