12:32 çərşənbə, 25 Aprel 2018
HADİSƏ

Oyunda qırmızı kart göstərdi, döyülərək öldürüldü - VİDEO

11:19, 03.01.20182646
Oyunda qırmızı kart göstərdi, döyülərək öldürüldü - VİDEO

Meksikada baş verən hadisədə hakim həyatını itirib.

 

AZXEBER.COM-un məlumatına görə, Meksikanın ikinci liqində keçirilən oyunda Guadalajara komandasının oyunçusu Milton kobud qayda pozuntusuna yol verdiyi üçün oyunun hakimi Jose Valdemar tərəfindən qırmızı kartla cəzalandırılıb. Bu qərara etirazını bildirən futbolçu hakimin fikrini dəyişmədiyini görüb daha da qəzəblənib. O bir neçə dəfə hakimə ağır zərbələr endirərək özündən getməsinə səbəb olub.

 

Oyun zamanı təəcili xəstəxanaya çatdırılan hakimin beyninə qan sızdığı aşkarlanıb. Bir həftə komada qalan hakim vəfat edib.

 

Hadisəyə səbəb olan futbolçu isə həbs edilib.

 
 

0
XƏBƏR LENTİ