09:56 şənbə, 25 Yanvar 2020
SİYASƏT

Parlament seçkilərini nə qədər müşahidəçi izləyəcək?

14:21, 13.01.20205914
Parlament seçkilərini nə qədər müşahidəçi izləyəcək?

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar iki minə yaxın yerli və xarici müşahidəçi müraciət edib. Onların, demək olar ki, hamısı da müsbət cavab alıb.

AZXEBER.COM-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, MSK-da qeydiyyatdan keçən müşahidəçilərin 1630-u yerlidir.

"Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb.

İtaliya, Çexiya Parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcək. Xarici müşahidəçilərin qeydiyyatı prosesi hazırda sürətlə davam edir”, - deyə o əlavə edib. 


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ