21:47 şənbə, 24 Fevral 2018
SİYASƏT

Partiya sədri: "Qüdrət Şükürovun ölkədən çıxmasına həbs qoyulmalı, milyonlar xalqa qaytarılmalıdır"

11:53, 09.05.20176546
Partiya sədri:
Bu yaxında qızına 400 minlik toyla gündəmə gələn Bakı lift idarəsinin müdiri Qüdrət Şükürovun işindən azad olunmasına dair mətbuatda geniş mövzular tirajlanıb.
 
AZXEBER.COM-un məlumatına görə, məsələ millət vəkilləri, siyasətçilər tərəfindən də birmənalı qarşılanmayıb. 
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Qüdrət Şükürovu sərt tənqid edib. O bildirib ki, əsas dövlətə və xalqa sədaqət prinsipləri olmalıdır: "Mən belə düşünürəm ki, əsas dövlətə və xalqa sədaqət prinsipləri olmalıdır məmurlarda. Qüdrət Şükürov kimilər isə yalnız öz şəxsi mənafeylərini düşünən adamlardır. Və bunun nəticəsidir ki, o, ermənilərlə iş birliyində də təqsirli bilinir.”
 
Qüdrət Şükürovun ölkədən qaçmasına dair gedən söhbətlərə də, münasibət bildirən ADP sədri bildirib ki, belə bir halda onun ölkədən çıxışına da həbs qoyulmalıydı: "Necə olur ki, işindən korrupsiya faktlarına görə müvəqqəti olaraq azad edilən birisi ölkədən belə asanlıqla çıxıb gedə bilir? Demək ki, bu tək bu mənimsəmələri etməyib. Ölkədən sərbəst çıxışına da himayədarları şərait yaradıb. Ortada bu qədər iddiaların olmasına baxmayaraq, Baki Şəhər İcra Hakimiyyətinin və rəhbəri Hacıbala Abutalıbovun susması çox müəmmalardan xəbər verir. Görünür kimlərinsə marağında deyil onu həbs olunması. Qüdrət Şükürov bir çox cinayətlərdə ihtiham edilib, bu səbəbdən də ona dərhal cinayət işi açılmalı və ölkədən çıxışına qadağa qoyulmalıdır. Və bu müddət ərzində də, araşdırılmalıdır ki, bu toya xərclədiyi o qədər pulu, aldığı bu qədər imarəti haradan və necə əldə edib. Cəmiyyətin bu olaya biganə qalmaması, bu cür korrupsioner məmurların cəzalandırmasını tələb etməsi də vətəndaşlarımızın konstitutsion haqqıdır. Mənimsənilən, oğurlanan milyonlar bu xalqın pullarıdır." deyə bildirib.
 

0
XƏBƏR LENTİ