14:55 şənbə, 15 Dekabr 2018
SOSİAL

Paytaxtda mərmər sexinə basqın

22:02, 06.12.20185145
Paytaxtda mərmər sexinə basqın
Bakıda mərmər sexinə basqın edilib. 

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, 4 nəfər naməlum şəxs "Qazel" markalı yük avtomobili ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mərmər sexinə qanunsuz daxil olaraq orada mühafizəçi işləyən, 1994-cü il təvəllüdlü Kazımov Kamal Taryel oğluna daş parçası ilə xəsarət yetiriblər.

Daha sonra həmin şəxslər sexdən 1000 manat dəyərində mərməri götürüb hadisə yerindən qaçıblar.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni Məmmədov Feyruz Məhəmməd oğlu, Quliyev Məmmədalı Qulu oğlu və Qələndər adlı şəxsin törətdiyi müəyyən edilib. F. Məmmədov tutularaq istintaqa təhvil verilib, difər şəxslərin tutulması istiqamətində axtarışlar davam etdirilir.
XƏBƏR LENTİ