02:04 çərşənbə, 21 Noyabr 2018
Maqazin

Pərvin Abıyeva: "Ən böyük arzum ana olmaqdır" - Müsahibə

14:43, 23.12.201710768
Pərvin Abıyeva:
Tanınmlş aktrisa Pərvin Abıyeva AZXEBER.COM-a müsahibə verib.
 
- Artıq 2017-ci ilin bitməsinə sayılı günlər qalır. Geridə qalan 2017 hansı hadisələrlə yadınızda qaldı?
 
-Ən çox qalmaqallarla yaddımda qaldı. Ən əsas da bu qalmaqallar özüm də istəmədən oldu. Adımı çox vaxt qalmaqalda hallandırırlar amma mən hər zaman dik dururam, özümdə güc toplaya bilirəm. Bu il elə də möhtəşəm bir şeylər olmayıb. Türkiyə səhnəsinə qoşulub, işlər görməyim yaddaşımda xoş bir hadisə kimi qaldı. İnşallah o işlərin davamı da gələcək. Yeni ildə hər şey daha gözəl olacaq.
 
-Yeni ildə şaxta babadan arzunuz nədir?
-Şaxta babaya inanmıram. Amma olsaydı xoşbəxtlik istəyərdim.
 
- Aktrisa kimi tanınıb, sevilirsiz. Bəs bir xanım kimi özünüzü xoşbəxt hiss edirsizmi?
- Xanım kimi 50/50 xoşbəxtəm. Heç kəs özünü tam 100% xoşbəxt hiss edə bilməz. Sayılmasın ki, məşhursan, sevilirsən dünyanın ən xoşbəxt insanısan. Xeyr şəxsən bizim məşhur olmayan insandan daha çox problemlərimiz var. Çox vaxt o insanlar bunu görmür və bilmir.
 
-Pərvini nə xoşbəxt edə bilər?
- Yalnız övlad məni xoşbəxt edə bilər. Bu dəqiqə ən böyük məqsədim budur. Elə 2018-də ən böyük arzum ana olmaqdır.
 
- 2018-ci ilə ürəyiniz boş girirsiz yoxsa həyatınızda kimsə var?
-Mənim həyatım heç vaxt boş olmayıb.(gülür)
 
Nazim Qasımzadə
AZXEBER.COM
XƏBƏR LENTİ