13:53 Bazar Günü, 23 Sentyabr 2018
Maqazin

Pərvin Abıyeva niyə nişanı qaytarıb? - ilk dəfə şəxsi həyatından danışdı

15:54, 12.03.20181945
Pərvin Abıyeva niyə nişanı qaytarıb? - ilk dəfə şəxsi həyatından danışdı
Azərbaycanlı aktrisa Pərvin Abıyeva "Sənətsevər" verilişinə qonaq olub.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, aktrisa efirdə şəxsi həyatı ilə bağlı etiraf edib. Pərvin Abıyeva 17 yaşında nişanlı olduğunu, 19 yaşında ailə qurmağa hazırlaşdığını söyləyib. Lakin, qarşı tərəfin yalanlarına görə onların münasibəti pozulub. Hazırda Pərvinin yeni sevgilisi var.

Aktrisanın müsahibəsindən diqqət çəkən məqamları təqdim edirik:

"- İlk məhəbbətim çox olub. Hansı birini deyim? ( gülür ). Mən gözəllik xəstəsiyəm. Fərqi yoxdu, qız ya oğlan. 

- Keçmişimə ilişib qalan insan deyiləm. Gələn gedəni unutdurur. Həmişə gələcəyimə baxıram. 

- Həyatımda biri var. Onu uzun müddətdir sevirəm.

- Mən gündəmdə olmaq üçün nəsə etməmişəm. Özüm də bilmədən şou-biznesin içinə girmişəm və gündəmi zəbt eləmişəm.

- Əvvəllər mənə desəydilər ki, "Azərbaycanda tanınmış aktrisa olacaqsan" inanmazdım. Bəlkə də, gülərdim. Çünki, 17 yaşında nişanlı olan qız olmuşam. 19 yaşımda toyu olacaq biri idim.

- Mənim məhəbbətim deyil, ailəmin qərarı olub. Ən çox anam istəyib ki, mən o insanla ailə qurum.

- Lakin, alınmadı. Məlum oldu ki, həmin insan həm evli həm nişanlı olub. Həyatında xeyli qadın olub. Bu səbəbdən də münasibət alınmadı.

- Bədbəxt olsam belə o insanla ailə qurmağa hazırlaşırdım. Daha sonra işə girdim həyatım dəyişdi və ayrıldıq".

Həyatının anidən dəyişdiyini qeyd edən Pərvin əvvəllər menecer işlədiyini, mal sağa bildiyini, yaxşı yemək bişirmək qabiliyyətinin olduğunu da söyləyib.
XƏBƏR LENTİ