20:48 Bazar Ertəsi, 17 Iyun 2019
Maqazin

Pərvin Abıyeva keçmiş sevgilisinin ailəsinə görə ölkədən gedib? - AÇIQLAMA

13:34, 23.05.20197232
Pərvin Abıyeva keçmiş sevgilisinin ailəsinə görə ölkədən gedib? - AÇIQLAMA
Bir müddət öncə Türkiyəyə köçən məşhur aktrisa Pərvin Abıyeva haqda şaiələr yayılıb.  
 
İddialara görə, məşhur aktrisanın vətəndən uzaq düşməsinə səbəb keçmiş sevgilisinin ailəsi ilə yaşadığı problemlərdir. 
 
Məlumata görə, Pərvin imkanlı bir şəxslə sevgili olub və oğlanın ailəsi onların münasibətinə qarşı çıxıb. Abıyeva da bu səbəbdən Bakıdan uzaqlaşmaq qərarına gəlib. 
 
Məsələylə bağlı AZXEBER.COM-a açıqlama verən aktrisa deyilənləri təkzib edib. 
 
"Mən dəfələrlə açıqlamamda bildirmişəm ki, Türkiyəyə ali təhsil almaq üçün köçmüşəm. Sevgilimlə isə uzun müddətdi yollarımızı ayırmışıq. Köçməyimdə bunların heç bir aidiyyatı yoxdur. Hər deyilən sözə inanmayın".
 
Qeyd edək ki, məşhur aktrisa bir dəfə nişanlı olub amma bu izdivac uğurlu olmayıb. 
 
Nazim Qasımzadə 
XƏBƏR LENTİ