01:02 şənbə, 25 Yanvar 2020
Maqazin

Pərviz Bülbülənin toyu baş tutmaya bilərmiş - VİDEO

17:51, 12.04.20132623
Pərviz Bülbülənin toyu baş tutmaya bilərmiş - VİDEO
Keçən həftə kişi məclisi düzənləyib özünə toy çaldıran meyxanaçı Pərviz Bülbülənin toyu baş tutmaya bilərmiş. Xeyr, söhbət özünə qəsd edən fanatlardan getmir. Meyxanaçı toydan bir neçə gün əvvəl əziz nənəsini itiribmiş. O, əzizinin vəfatından sonra artıq bütün hazırlıqları görülmüş toyunu təxirə salmaq istəsə də, ailənin böyükləri buna razı olmayıb.Meyxanaçı elə toyunda da problemlə üzləşib. Pərviz Bülbülənin toyunda fanat ordusu iştirak edib. Belə ki, 800 dəvətnamə paylayan məşhur meyxanaçının toyuna 2000-dən çox qonaq təşrif buyurub. Oturmağa yer tapmayan qonaqların yarıdan çoxu çıxış yolunu bəyi təbrik edib məclisi tərk etməkdə görüblər.Toyundan çox qız fanatının ona görə intihara cəhd etməsi ilə gündəmə gələn meyxanaçı Pərviz Bülbülə Zemfira adlı fanatını tanımadığını deyib. Açıqlama verən meyxanaçı telekanallardan Lider-in "Pərdə" proqramına danışıb. P.Bülbülə ona görə "damarlarını doğrayan" meyxanaçı Zemanı tanımadığını bildirib: "Yox, tanımıram. Belə mövzular danışıldıqca, elə adamların ayaqları bir az da yer alır. Mən bu barədə düşünmürəm, düşünmək də istəmirəm. Bu gün mənim adımla reklam tutan o qədər adam var ki, nəinki Zemfira".Pərviz Bülbülə belə halların utancverici hal olduğunu söyləyib: "Ayıb olsun, baxırsız, mənim sənətimə baxın. Sənətimə dəyər verirsizsə, çox sağ olun. Əgər başqa hərəkətlərə yol verirsizsə, çox ayıb olsun. Mən hansısa xanımın xanımlığına yaraşdırmıram. Onlara da bu toydan arzu edirəm. O subay fanat qızlar da gələcəkdə hərəsi bir ailə sahibi olacaqlar".Bir sözlə, Pərviz Bülbülə toyundan əvvəl, toyunda və toydan sonra da problem yaşayıb. Meyxanaçını bir daha təbrik edib, bu cür hallardan uzaq olub ailəsi ilə xoşbəxt olmasını arzu edirik!//anspress

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ