Petek Dinçoz: "Mehriban Əliyeva ilə söhbət edib, ondan gözəlliyin sirlərini öyrənmək istəyirəm"

07 Sentyabr 2017, 12:25
AAA
"Məlahət Abbasovanın heyranıyam"

Türkiyəli müğənni Petek Dinçöz paytaxtımızın qonağı olub.
 
AZXEBER.COM xəbər verir ki, müğənni əməkdar incəsənət xadimi Məlahət Abbasovanın ATV telekanalında aparıcılıq edəcəyi "Məlahətli söhbətlər” verilişinə qatılmaq üçün Azərbaycan gəlib.
 
Petek Məlahət Abbasova ilə birgə "Pullman" oteldə jurnalistlərlə görüşüb.
 
Türkiyəli məşhur ilk olaraq Azərbaycana olan sevgisindən danışıb: "Azərbaycan mənim üçün doğmadır, ikinci vətənimdir. Burada qonaq yox, ev sahibi olmaq istəyirəm. Məlahəti uzun zamandı tanıyıram. Onu aktrisalıq qabiliyyətinə heyranam. Bütün rolları təbii oynayır. Onun təklifini geri çevirə bilməzdim, Məlahət məni bura çağırıbsa, mütləq gəlməliydim. Bundan öncə Azərbaycanda çox olmuşam, yeni ili bir neçə dəfə ölkənizdə qarşılamışam. İstərdim ki, 2018-ci ili də ərim və oğlum birlikdə Azərbaycanda olaq. Mən sizin ölkəni və insanlarınızı çox sevirəm".
 
Petek Dinçöz Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva haqda da danışıb və onunla görüşmək istədiyini xəyal etdiyini deyib: 
"Mən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın heyranıyam. Düşünürəm ki, o xanım əsl gözəllik və incəlik simvoludur. Ən böyük xəyalım Mehriban Əliyeva ilə qarşılaşmaq, bir məkanda olmaq və mümkün olarsa hətta şəxsən tanış olmaqdır. O xanımla söhbət edib, ondan gözəlliyin sirlərini öyrənmək istəyirəm. 
 
ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov layihə haqqında ətraflı məlumat verib: "Türkiyədə tanınan simaları Azərbaycana gətirib, bizim məşhurlarla görüşdürüb, onlarla bir masa arxasında mədəniyyətimizdən danışacağıq, səmimi söhbət edəcəyik. Bura gələn türk məşhurlar heç bir maddiyyat tələb etmir. Hər biri Məlahət xanıma görə gəlir. Bizim məqsədimiz iki qardaş ölkə arasında körpü olmaqdır, əminəm ki, bu layihə uzunmüdddətli olacaq. Onu da deyim ki, bizi bu verilişdə reytinq maraqlandırmır, əsas tamaşaçılara keyfiyyətli layihə təqdim etməyi düşünürük".

Layihənin müəllifi Məlahət Abbasova isə veriliş haqqında bunları dedi: "Uzun illər sonra belə bir layihə ilə Azərbaycan tamaşaçısının qarşısına çıxacam. 26 ildir ki, Türkiyədə yaşayıram. Sizin heyranlıqla baxdığınız türk məşhurlarla demək olar ki, birgə çalışırıq. İki ölkənin dəyərli insanlarını Azərbaycanda görüşdürəcəyik. Azərbaycanın çay süfrəsi çox zəngindir, istədik çay süfrəsi ətrafında yığışaq. "Məlahətli söhbətlər"də, eyni zamanda azərbaycanlı məşhurlar da yer alacaq. Onlar səmimi söhbət edəcəklər və bir-birlərini daha da yaxından tanıyacaqlar" 
 
Aktrisa verilişində qonaq qismində yalnız xalq tərəfindən sevilən sənətkarların iştirak edəcəyini də deyib: "Bəzən verilişlərdə xahiş və tanışlıqla iştirak edirlər. Amma bu veriliş elə olmayacaq. Sırf sənətkarlar dəvət olunacaq. Hətta veriliş başlamamış bəziləri pul da təklif edib ki, türk məşhurlarla bir verilişdə olaq. Təbii ki, elə hallara yol verilməyəcək.”
 
Məlahət Abbasova verilişində qalmaqalın olmayacağını da deyib: "Bu verilişdə heç bir qalmaqal və şou olmayacaq, şəxsi həyat müzakirə olunmayacaq. Biz sadəcə olacaq mədəni söhbət edəcəyik"
 
Qeyd edək ki, "Məlahətli söhbətlər" layihəsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də dəstək verib. 
 
Verilişdə yeni mövsümdən etibarən ATV-də yayımlanacaq.
 
Nazim Qasımzadə,
AZXEBER.COM 

Oxunma sayı : 7733

SON XƏBƏRLƏR
Bakıda 70 "avtoş" saxlanıldı - 19 Oktyabr 2017, 19:53
Amerikalı həmsədrdən Qarabağ bəyanatı - 19 Oktyabr 2017, 19:51
FETÖ-nün Azərbaycandakı "boz kardinalı" həbs edildi - 19 Oktyabr 2017, 19:50
Qadın sanıb evə apardı: soyunanda həyatının şokunu yaşadı - FOTO - 19 Oktyabr 2017, 19:49
Ən yaxşı 11-lik: Rəşad Sadıqov Messi ilə eyni siyahıda - 19 Oktyabr 2017, 19:47
Nazir Azad Rəhimov: "Qarabağ" hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək" - 19 Oktyabr 2017, 19:46
Azərbaycan Prezidenti Türkiyədə səfərdədir726667 - 19 Oktyabr 2017, 19:43
Nişanlısı zənginə cavab verməyincə evlərinə getdi: gördüyündən şok oldu - FOTO - 19 Oktyabr 2017, 19:41
Dollar sabah neçəyə olacaq? - RƏSMİ MƏZƏNNƏ - 19 Oktyabr 2017, 18:37
11-ci sinfi şagirdinin ölümünə səbəb olan "zavuç"a - 500 manat cərimə - 19 Oktyabr 2017, 17:44
"Biz öz gücümüzə arxalanmalıyıq" - Əli Həsənov - 19 Oktyabr 2017, 17:33
"Sənin Elşad Xose qədər ağlın olsaydı, bu sözü deməzdin" - Oksana keçmiş ərini müdafiə etdi - 19 Oktyabr 2017, 17:30
Rəşad Sadıqov Messi ilə eyni siyahıda - Ən yaxşı 11-lik - 19 Oktyabr 2017, 17:19
Prezident Xanbala Orucov haqqında sərəncam imzaladı - 19 Oktyabr 2017, 17:09
Çavuşoğludan Azərbaycana qarşı qəbul olunan sənədlə bağlı AÇIQLAMA - 19 Oktyabr 2017, 16:59
DYP açıqladı: Maşında söhbət etsəz, cərimələnəcəksiz - 19 Oktyabr 2017, 16:59
İTV-də maliyyə pozuntuları aşkarlandı - RƏSMİ - 19 Oktyabr 2017, 16:37
"Azəristiliktəchizat"a qarşı maliyyə sanksiyası tətbiq olunacaq - 19 Oktyabr 2017, 16:31
"Biz özümüzü gec-tez göstərməliydik" - Şehiç - 19 Oktyabr 2017, 16:20
4 noyabrın sirri açıldı - 19 Oktyabr 2017, 16:16
"Qanun nəşriyyatı" Gömrük İdarəsini məhkəməyə verdi - 19 Oktyabr 2017, 16:09
Nazir müavini nazirlə quda oldu - 19 Oktyabr 2017, 15:57
"Ndlovunun epizodunda penalti yox idi" - İspaniyalı məşhur hakim - 19 Oktyabr 2017, 15:48
Fəhlə arvadının iki kişi ilə görüntülərini çəkdi - Bakıda şok - 19 Oktyabr 2017, 15:34
"Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi bəlli oldu - 19 Oktyabr 2017, 15:24
Tibb bacısı olan ana işdə 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...- Salyanda faciə - 19 Oktyabr 2017, 15:00
Heydər Əsədov aqrar sektoru necə batırır - Dövlətin göyə sovrulan milyonları (RƏQƏMLƏR) - 19 Oktyabr 2017, 14:59
“Qarabağ”ın UEFA-da reytinqi açıqlandı - 19 Oktyabr 2017, 14:47
Tacir sevgilisi olmuş Fədayə Laçın haqqında: "Onun kimi kimsə ola bilməz" - 19 Oktyabr 2017, 14:32
Xəzərdə zəlzələ oldu - 19 Oktyabr 2017, 14:17
Müəllim "D" hərfini yaza bilməyən 1-ci sinif şagirdini şillələdi - VİDEO - 19 Oktyabr 2017, 13:59
"Məktəb illərində mənə qoçu deyirdilər" - Elza Seyidcahan - 19 Oktyabr 2017, 13:49
Mingəçevirdə kütləvi dava: 22 yaşlı gənc ağır yaralandı - 19 Oktyabr 2017, 13:36
Olimpiya çempionu: Fürsət tapan kimi məni zorlayırdılar - 19 Oktyabr 2017, 13:21
Novxanıda iranlı tələbəni öldürənlər daha bir evə basqın etdilər - 19 Oktyabr 2017, 13:02
Ağdam rayon İcra Hakimiyyətinin başçısı məhkəməyə çağırıldı - 19 Oktyabr 2017, 13:00
""Maşın-şou"da qanun pozuntusu yoxdur” - MTRŞ sədri - 19 Oktyabr 2017, 12:45
Həbs ediləcəyi deyilən Şəmsəddin Hacıyev danışdı - “Əgər fakt təsdiq edilərsə…” - 19 Oktyabr 2017, 12:40
Nazirdən qriplə bağlı ƏMR - 19 Oktyabr 2017, 12:17
"Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda müəmmalı olay - FOTO - 19 Oktyabr 2017, 12:03
Sevgilisi ilə qaçmaq istəyən qız öldü - 19 Oktyabr 2017, 11:53
"Könül Kərimovaya qanunsuz torpaq verilib" - Dövlət Komitəsi - 19 Oktyabr 2017, 11:51
Müsavatın yürüşünə icazə verilmədi - RƏSMİ - 19 Oktyabr 2017, 11:49
«Geostorm» - IMAX-da ekslüziv press-nümayiş baş tutdu - 19 Oktyabr 2017, 11:47
“Komandamızı sıxışdırdılar” — Prezidentin köməkçisindən Qarabağın oyunu haqqında ŞƏRH - 19 Oktyabr 2017, 11:45
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10