20:04 Bazar Günü, 23 Sentyabr 2018
SOSİAL

"Petek Dinçöz Şəkiyə pulsuz gəlib, daha sonra icradan torpaq istəyib" - AÇIQLAMA

13:31, 14.05.20184363
"Türkiyəli müğənni Pətək Dinçöz Şəkidəki konsertə heç bir qonorar istəmədən gəlib və tam pulsuz şəkildə konsert verib".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Şəkidəki konsertin təşkilatçılarından olan Pərviz Sultansoy deyib.
 
O deyib ki, Pətək Dinçöz ulu öndər Heydər Əliyevin sayğısından dolayı Şəkidə pulsuz konsert verib: "O konsertin ulu öndərin əziz xatirəsinə həsr olunduğunu eşidən kimi dedi ki, heç bir qonorara ehtiyac yoxdur. Tam pulsuz şəkildə konsert verəcəm".
 
Pərviz Sultansoy deyib ki, Pətək Şəki şəhərini çox sevib: "Pətək xanım Şəkiyə aşiq olduğunu dedi. Şəhərə gələn kimi həyat yoldaşına zəng elədi və şəhəri ona göstərdi. Həyat yoldaşına dedi ki, burada ev almaq lazımdır, o da razılaşdı. Daha sonra icra hakimiyyətinin nümayəndələrinin biri ilə söhbətində bunu dilə gətirdi və həmin şəxs də buna etiraz etmədi. Ancaq bu məsələdən Elxan Usubovun məlumatı olmayıb. Pətək sadəcə olaraq konsertə pulsuz gəldiyinə görə, sonradan icra nümayəndəsindən torpaq istəyib".
 
Pərviz Sultansoy həmçinin deyib ki, Şəkidə müğənniyə şəki halvası, şəki kalağayısı və müxtəlif şirniyyatlar hədiyyə olunub. 
XƏBƏR LENTİ