05:31 çərşənbə, 24 Iyul 2019
MEDİA

Pia.az saytı 10 yaşını qeyd edir

11:44, 10.07.20192068
Pia.az saytı 10 yaşını qeyd edir
"Poliqon” İnformasiya Agentliyi 10 yaşını qeyd edir.
 
AZXEBER.COM xəbər verir ki, pia.az saytı 2019-cu il 7 iyul tarixində yaradılıb.
 
Saytın təsisçisi mərhum jurnalist Şahin Ağabəyli olub.
 
Hazırda saytın baş redaktoru Azər Qaramanlıdır. O saytın yubileyi haqda deyib: "Bütün mətbu orqanlar kimi biz də yol qət eləmişik. Pia.az Azərbayanda yaranan ilk saytlardan biri olub. Saytdan əvvəl "Milli yol” qəzeti kimi fəaliyyət göstərmişik. Bu illər ərzində daha çox oxucularımızın ictimai, siyasi, sosial mövzularda marağını təmin etməyə çalışmışıq. Lakin heç vaxt reytinq arxasınca qaçmağa cəhd etməmişik. Reklam arxasınca qaçmamışıq. Təmkinlə öz işimizi görmüşük. Çalışmışıq problemi olan, ədalətsizliyə məruz qalan insanların səsini çatdıraq. Bir media orqanı olaraq, nə qədər uğurlu, yaxud da uğursuz fəaliyyət göstərdiyimizə oxucular qiymət verə bilər. Mətbuatdakı mövcud rəqabət şəraitində yaşaya bilməyimiz onu göstərir ki, doğru yol tutmuşuq".
 
AZXEBER.COM olaraq həmkarlarımızı təbrik edirik.
XƏBƏR LENTİ