20:34 Cümə, 20 Sentyabr 2019
Maqazin

Pilotun ölümünə biganə yanaşmayan məşhurlar - SİYAHI

16:16, 21.08.20192907
Pilotun ölümünə biganə yanaşmayan məşhurlar - SİYAHI
Xəbər verdiyimiz kimi, MİQ 29 hərbi təyyarəsi sınaq uçuşu zamanı həlak olan pilot Rəşat Atakişiyev bu gün dəfn olunub.
 
Bəs bu hadisəyə bütün günü sosial şəbəklərdə dəbdəbəli həyatlarını nümayiş etdirən yerli şou-biznes nümayəndələri necə reaksiya verib?
 
AZXEBER.COM kiçik araşdırma edərək bu hadisəyə biganə yanaşmayan məşhurların siyahısın təqdim edir. 
 
İlk olaraq xalq artisti Flora Kərimova mərhum pilotun fotosunu paylaşaraq "İndi rahat yat oğul! Xəzər lay-lay deyib çağladı,xidmətində olduğun vətən torpağı sənin qoynunda uyuyacaq. Sevənlərin səni görmək üçün gələcəkləri, hər vətəndaşa nəsib olmayan Vətən-daşın var. Azərbaycan səninlə fəxrlə anacaq. Ruhun şad olsun Oğul! Başın sağ olsun Vətən!" sözləri ilə ifadə edib. 
 
"Allah səni rəhmət etsin qardaş necə də yaraşıqlı oğlan imiş. Heyf səndən Allah məkanın cənnət etsin" bu sözləri əməkdar artist Vasif Məhərrəmli Rəşadın fotosunu paylaşaraq yazıb. 
 
Əməkdar artist Elnarə Abdullayeva da "Allah rəhmət etsin, Amin! Allah ailəsinə və yaxınlarına səbr versin" hisslərini bu sözlərlə ifadə edib. 
 
"Allah rəhmət etsin. Belə bir oğul bir ordu deməkdir. Heyf çox heyf... Səbəb nə oldu, Polkovnik leytenant Rəşad Atakişiyev ruhun şad olsun" bu sözləri əməkdar artist Nüşabə Ələsgərli Rəşadın fotosunu paylaşaraq qeyd edib.  
 
Əməkdar artist Lalə Məmmədova da sosial media hesabında məlum hadisəyə görə heyfsləndiyini bildirib. O "Vətən sənə OĞUL dedi...! Nurlar içində uyu xalqın fəxri, igid, qəhrəman oğlu" sözlərini yazıb.  
 
Müğənni Xatun Əliyeva da mərhum pilota qarşı olan hisslərini bu sözlərlə tamamlayıb: "İnsanlığın, mərdliyin, kişiliyin üzündən gözündən bəllidir! Allah sənə rəhmət eləsin. Ruhun şad olsun" 
 
Produser-aparıcı Tarix Əliyeva Rəşadın dəfn zamanı lentə alınan videosunu sosial media hesabında paylaşaraq hüzününü dilə gətirib: "Allah rəhmət eləsin. Azərbaycanda mərd igid oğullar var, olacaq da. Dünyasını dəyişən oğullarımız da hər zaman yaddaşlar da olacaq"

Nazim Qasımzadə

XƏBƏR LENTİ