“Pişiyimizin” yeni macəraları

18 Aprel 2017, 18:57
AAA

Mübariz Aslanov 

 

Təbiətinə görə insanlar bir-birinə yaxın,

vərdişlərinə görə isə bir-birindən uzaqdırlar.

Konfutsi

 

Jurnalistin ki, başqa peşə sahibi olan dostları çoxaldı, onda jurnalistliyin dadı qaçır.

Ondan yazmayım, ayıbdı, buna toxunmayım, inciyəcək, adını çəkmə, göz yum, və sair və ilaxır... olursan anbarda yatıb qalan tənbəl pişik. Arxandan təpiklə vursalar da, tərpənə bilmirsən.

Pişik demişkən, bir neçə ay əvvəl diasporumuzda xeyli soydaşımızı bığının altına alan "pişik”dən yazmışdıq. Elə öz pişiyimizdən. O yazıdan sonra diaspor təşkilatlarımız arasında bir vəlvələ düşdü. Amma vəlvələdən o tərəfə gedən olmadı.

Güman edirdik ki, o eyhamdan sonra dünyadakı vətənpərvər soydaşlarımız təhlükədən dərhal duyuq düşəcək. Heyhat, bu gümanlarımız da, güclü və monolit diaspor arzularımız kimi, puça çıxdı. Çünki onlardan qabaq, elə aralarından keçib onları perik salan şoğərib "pişik” özü duyuq düşdü.

 

Nə isə...

"Nəyimə lazım?” deyib kənara çəkilmək istədim. Amma Rusiyada qapısına "Nikolay qıfılı” vurmaq istədikləri Konqresimizi (dünyada ən böyük diaspor təşkilatımızdır), Hollandiya məhkəməsində bir kəlmə sözünə görə ermənilər tərəfindən əlli-ayaqlı "göndərilən” diaspor liderimiz İlhan Aşkını, Ukraynada beş yerə bölünən, bu azmış kimi, bir tərəfdən də səfirliyimizin "xidməti” sayəsində bir-birini "al-qana qərq edən” təşkilatlarımızı, bu arada "ödənişli” "alətə” çevrilən "qələm çempionu” "həmkar”larımızı və ən əsası da bütün bunları bığının altında fırlayan, getdikcə yoğunuyan o "pişiyi” gördükcə, inanın, sakit dayanmaq olmur. Elə bil qələm dilə gəlir ki, yazmaq lazımdır, susmaq yox.

 

Yazmaq deyəndə nəyi qoyub nədən başlayaq, ey mənim əziz azərbaycanlı bacı və qardaşlarım? O boyda Rusiyada fağır bir təşkilatımız rusların gözünə "əjdaha” görünüb. Bu, heç. Qocaman bir təşkilatımızı ağzını bağlayıb, açarı da Xəzərə atmaq istəyirlər, amma bu ölkədə Maqadandan Piterə qədər az qala həbsxanalarda da "şahlıq” edən milyonlarla azərbaycanlılardan heç olmasa bir "yüzlük” tərpəniş yoxdur.

 

Biz uman yerdən küsürük.

 

Və belə olan halda zəhmətkeş xalq sual verə bilər: Təklikdə bu qədər güclü olan soydaşlarımız ümumi işə gələndə, elliklə gələn bəlaya qarşı niyə dayana bilmirlər? Nədir buna mane olan? Kimdir? Hansı pişikdir ki, bığının bir tükünün tərpənişinə bu boyda dövlətin diaspor siyasətini, xərclənən pulları, çəkilən əziyyətləri heç edir, hərəsi yad eldə bir mahalın ağsaqqalı olan nüfuzlu soydaşlarımızın arasında quyruq bulayıb, onları bir-birinə qənim kəsdirir?!

 

Kənd toylarında görmüşəm, gəlini aparmağa gələn bəyin yolu, qız evinin darvazasından gəlin otağına qədər, neçə yerdə kəsilir. "Şirinlik” (biz tərəfdə "xələt” də deyirlər buna – M.A.) istəyənlərin sayı o qədər çox olur ki, biçarə bəy, əli gəlinin əlinə çatanda cibi bomboş qalır... O boyda məmləkətdə adlı-sanlı soydaşlarımız var ki, hərəsi öz təşkilatının vasitəsilə ölkəmiz üçün canını fəda edir. Hə, iş bu qüvvələri birləşdirib vahid, güclü bir təşkilat yaratmağa, hətta mövcud təşkilatı (ÜAK) qorumağa gələndə... yenə o yazıq bəy yadıma düşür – ora gəlib çıxana qədər yazıqların canında və cibində hey qalmır...

 

Rusiyada ayrılıqda hərəsi bir aslana bərabər olan diaspor liderlərimiz var, amma çifayda, hazırda bir-birindən ayrı düşüblər belə "toy”lar ucbatından. Məhəmməd Əsgərov, Şakir Allahverdiyev, Şamil Tağıyev, Ziyafət Qasımov, Elşən Həmzəyev, İslam Hüseynov və siyahını uzada biləcək digər adlar var ki, Rusiyada Azərbaycan diasporunun əsl "qızıl əsgər”ləridir. Hələ mən təşkilatlardan kənar fəaliyyət göstərən, Azərbaycan adına özünü oda-közə vuran vətənpərvərləri saymıram. Amma onlardan indi kim hardadır? Yaxud niyə hamı bir-birindən bu qədər uzaq salınıb?

 

Belə olur, axırda da İvan çox asanlıqla oradakı "Səadət sarayımız”ın qapısını qıfıllayır.

 

İndi hamı Diasporla İş üzrə Dövlət Komitəsinin üstünə bəyanatlar yollayıb, Rusiyadakı bağlanmaq təhlükəsi olan konqresimizin fəryadını edir... Eyni avazla 29 ildir açarı əlimizdən alınan Qarabağın fəryadını edirik, bir şey verən varmı?

 

Ax, bu zınqırovsuz "pişik”!

 

Ötən yazıda toxunmuşduq, o yaramaz pişik Ukraynada diasporumuzun da arasından keçib, hamını bir-birinə salıb. Orda, ümumiyyətlə, "Tom və Cerri” multserialı gedir!

Çoxlarının məhəbbət ölkəsi adlandırdığı bu məmləkətdə azərbaycanlılar əvvəldən tək sevişməkdə yox, ictimai-siyasi sahədə də fəal olublar. Son yarım əsrdə "N” sayda azərbaycanlı adı çəkmək olar ki, Ukraynada mühüm dövlət və qeyri-dövlət postları tutublar, tuturlar. Bəlkə də bu səbəbdəndir ki, hələ 1999-cu ildə ilk azərbaycanlılar konqresi məhz burada, azərbaycanlıların ən çox yaşadığı ikinci ölkədə yarandı.

Və konqresin yaranması qısa müddət ərzində buradakı diasporumuzun eşqini, vətənpərvərliyini, temperamentini və sair və ilaxır birə-beş artırsa da, sonradan bir zınqırovlu "pişik” ucbatından hər şey öləziməyə başladı. Vahidlik zədələndi, qruplaşmalar yarandı, diaspor bölündü... Amma yenə də, ayrı-ayrı qruplara bölünsələr də, tərəflərin arasında sülh vardı, həlledici məqamda birgə tribunada olmaq vardı. Ta ötən ilin sonuna kimi – bu ölkəyə yeni səfirimiz təyin olunana qədər.

Səfir Azər Xudiyevlə cəmi bir dəfə görüşmüşəm (elə onun öz dəvəti ilə, yeni səfir təyin olunan ərəfədə - M.A.). İnsafən, olduqca peşəkar, ən əsası da həvəsli diplomat təsiri bağışladı mənə. Mövcud problemlərin hamısını çəkinmədən sadaladı, həllindən, azərbaycanlıların bu yolda birliyindən sözün əsl mənasında, səmimi qəlbdən danışdı. Mən bunu açıq hiss etdim.

Amma az keçmiş, Ukrayna azərbaycanlıları arasında münasibətlər yenə gərginləşərək, hətta nifrət həddinə çatdı. Bu, əlbəttə, arzuolunmazdır. İndi orada "Tom və Cerri”dəki kimi, bu qaçır, o tutur döyəcləyir, sonra qaçan qovanı tələyə salır və sair və ilaxır.

Bu ölkədə diaspor nəhəngləri - Eldar Tağıyev, Qurban Abbasov, Yunus Əliyev, Qüdrət Hacıyev, Akif Gülməmmədov, Oqtay Əfəndiyev və digərləri var. Və faktiki olaraq, bu ölkədə vaxtı ilə "pişiy”in tələsi ilə dağılan Ukrayna Azərbaycanlıları Konqresinin yerində bir neçə təşkilat var. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) təşkilati baxımdan ayrı olsalar da, yuxarıda dediyim kimi, həmrəy fəaliyyət göstərirdilər. Amma çox təəssüf ki, son aylar mənzərə getdikcə daha acınacaqlı şəkil alır: Hikmət Cavadovun rəhbərlik etdiyi UABD-nin (bu təşkilat Ukraynada azərbaycanlıların hüquqlarının müdafiəsində olduqca aktiv rol oynayır) təcrid edilməsi cəhdləri, bu səbəbdən Ukraynada böyük bir kütlənin küskünlüyü, BUAK-a sədrlik edən və bu ölkədəki rəsmi elita ilə hər təmasından Azərbaycana dividend gətirən Rövşən Tağıyevi ləkələmə kampaniyaları, səfirliyin isə bu ortamda birləşdiricilikdən daha çox ayırıcı fəaliyyəti....

 

Dostlar, səhnə çox üzücüdür! Siz bununla nəyi məhv edib, kim(lər)i sevindirirsiniz, fərqindəsiniz?!

 

Yuxarıda dediyim kimi, səfirimizin niyyət və məqsədlərini bilirəm, bunlara bilərəkdən yol verdiyini düşünmək insafsızlıq olar. Sadəcə, görünür, o şoğərib "pişik” səfirliyimizin də dəhlizlərində quyruq bulayıb...

 

Belədirsə, bütün enerjisini daxili çəkişmələrə sərf edən diasporumuzdan bir daha soruşuram:

 

- Siz hələ də o zınqırovu o "pişiy”in boynuna taxa bilmədiniz?

 

Lent.az


Oxunma sayı : 445

Loading...
SON XƏBƏRLƏR
Meyxanaçı Bayram Kürdəxanlını maşın vurub, öldürdü - 23 Avqust 2017, 04:35
Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır - 22 Avqust 2017, 22:14
Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var - 22 Avqust 2017, 21:40
Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib - 22 Avqust 2017, 20:49
Sumqayıtda 5 yaşlı qızın quduzluqdan ölməsi ilə bağlı yekun rəyi açıqlanıb, həkimlər cəzalandırılıb - 22 Avqust 2017, 20:05
22 yaşlı Cəlilabad sakini beynəlxalq axtarışa verildi-FOTOLAR - 22 Avqust 2017, 19:03
Elmar Novruzova general-mayor ali hərbi rütbəsi verildi - 22 Avqust 2017, 18:19
Lerikdə üç nəfərin ölümü ilə nəticələnən yanğına görə ailənin oğlu saxlanılıb - 22 Avqust 2017, 18:05
"Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz" - Dini komitə - 22 Avqust 2017, 18:01
Dolların sabaha olan məzənnəsi açıqlandı - Rəsmi - 22 Avqust 2017, 17:42
Lənkəranda sakinlərdən gözlənilməz addım - "Azərişıq" məxsus avtomobili yandırdılar - 22 Avqust 2017, 17:27
Avtobus sürücüsünü tapança ilə hədələyən şəxsin üzərindən narkotik tapıldı - RƏSMİ - 22 Avqust 2017, 17:18
Keçmiş MTN generalının məhkəməsində DTX əməkdaşı ifadə verdi - 22 Avqust 2017, 17:16
Kərəm Həsənov Fərhad Əliyevi necə bitirdi? - TƏFƏRRÜAT - 22 Avqust 2017, 17:10
“Dəmir Bank”da nə baş verir? - Dəhşətli ittihamlar - 22 Avqust 2017, 16:58
“Johnson&Johnson”un pudraları xərçəng yaradır - Şirkət cərimələndi - 22 Avqust 2017, 16:45
Azərbaycanda kredit təşkilatı vəfat etmiş müştərini məhkəməyə verdi - 22 Avqust 2017, 16:26
Türkiyənin bələdiyyə məclis üzvləri Tovuzda ön cəbhədə olub - 22 Avqust 2017, 16:21
Qurban bayramında ətin qiyməti ilə bağlı nazirlikdən AÇIQLAMA - 22 Avqust 2017, 16:15
Dənizdə batan 25 yaşlı Kərimin - FOTOLARI - 22 Avqust 2017, 16:07
Nazirlik bələdiyyə sədrini cərimələdi - 22 Avqust 2017, 16:00
“Kopenhagen – Qarabağ” oyunu bu kanalda yayımlanacaq - 22 Avqust 2017, 15:52
Güləşçimiz erməni idmançıya qalib gəldi - 22 Avqust 2017, 15:43
Geyimi xalq artistinin başına oyun açdı - FOTO - 22 Avqust 2017, 15:38
Bakıda hovuzda gənc oğlan batdı - 22 Avqust 2017, 15:36
Azərbaycanlı məşhurlar Elçibəy haqda nə düşünür? - 22 Avqust 2017, 15:20
Bakıda evə basqın: Ev sahibi döyüldü - 22 Avqust 2017, 15:19
Türkiyəli müğənni azərbaycanlı musiqiçi ilə çalışacaq - 22 Avqust 2017, 15:12
"Televiziya verilişlərinin reytinqini ölçən təşkilatların fəaliyyəti qeyri-şəffafdır" - MTRŞ sədri - 22 Avqust 2017, 15:02
Bakının mərkəzində məşhur mağaza yanır - FOTO - 22 Avqust 2017, 14:44
Bu restoranda aşı əl ilə yeyənə 1 ay pulsuz aş veriləcək - FOTO - 22 Avqust 2017, 14:29
Azərbaycana nə qədər ərəb gəlib? - Rəsmi açıqlama - 22 Avqust 2017, 14:19
"Bacanaqlar"ın "Məhəbbət"i ATV-dən pula görə ayrılıb - TƏFƏRRÜAT - 22 Avqust 2017, 14:10
Azərbaycanda daha bir körpə ölümü - 22 Avqust 2017, 13:47
Bu mahnı “Bir an”da hitə çevriləcək - FOTO+VİDEO - 22 Avqust 2017, 13:36
“Ərimdən boşanma xəbərim şou idi” – Mətanət ailəsindən danışdı (MÜSAHİBƏ) - 22 Avqust 2017, 13:23
İki cinsi orqanla doğulan körpəni quyuya atmaq istədilər - "Şeytan kimi doğuldu" - 22 Avqust 2017, 13:03
İsmayıllıda kütləvi dava: 4 nəfər bıçaqlandı - 22 Avqust 2017, 12:51
Bankomatlardan pensiyaçıların pulunu oğurlayan şəxs tutuldu - VİDEO - 22 Avqust 2017, 12:27
Sabah 39 dərəcə isti olacaq - 22 Avqust 2017, 12:22
Bakı metrosunda inanılmaz hadisə: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi - 22 Avqust 2017, 12:07
Ziya Məmmədova cinayət işi açıla bilər - 22 Avqust 2017, 11:50
Bələdiyyə sədrinə "məcburi göstəriş" - Zibillər təmizlənsin - 22 Avqust 2017, 11:21
Tovuzda oğlan əmisi arvadının əlini və ayaqlarını sındırdı - 22 Avqust 2017, 11:03
Axtarış-Xilasetmə qərargahı: "Dənizdə neftçi meyiti tapılıb" - 22 Avqust 2017, 10:55
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10