03:48 Bazar Günü, 18 Avqust 2019
SİYASƏT

Polad Bülbüloğlu hələ də Azərbaycanın səfiridirmi?

15:59, 24.01.20184727
Polad Bülbüloğlu hələ də Azərbaycanın səfiridirmi?

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun fəaliyyətsizliyi haqda mediada zaman-zaman məsələ qaldırılıb. Amma yanılmışıq. Səfir cənabları fəaliyyət göstərir, sadəcə, bu zaman özünü hansı ölkənin səfiri kimi aparması sual doğurur.


"Azərbaycanda erməniləri düşmən kimi qəbul edən yeni nəsil yetişir. Buna imkan verməməliyik”. "Yeni Müsavat” xəbər verir ki, bu fikirlər Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu özünün sosial şəbəkələrdəki səhifəsində yazıb. Azərbaycanı Rusiyada təmsil edən diplomatın, üstəlik də əslən Şuşadan, illərdir Ermənistanın işğalı altında olan müqəddəs məkandan olan vəzifəli şəxsin belə mövqeyi birmənalı qarşılanmayıb. Xüsusilə də diplomatın işğalçı Ermənistanda anti-türk ruhunda böyüdülən nəsillərdən bəhs etmək əvəzinə, Azərbaycanda erməniyə düşmən ruhunda tərbiyə edilən nəslin olması mövqeyindən çıxış etməsi qəbulolunmaz sayılır.


Lakin bu, SSRİ xalq artisti Bülbülün əziz xələf övladı, özünə hələ də "solevey vsegoSovetskogo Soyuza” dedirtməkdən xoşhallanan hörmətli Polad müəllimin son günlər buraxdığı yeganə falş not deyil.

 


Nə müddətdir ki, ermənilər Rusiyada "1918-ci il Şamxor faciəs”i adlı yeni siyasi şou təqdim etməkdədirlər. Şounun mahiyyəti belədir ki, guya azərbaycanlılar Osmanlı dövlətinin təhriki ilə Qafqaz cəbhəsindən geri dönən rus əsgər və zabitlərinə qarşı soyqırım tətbiq ediblər, amma bu "dəhşətli fakt” rusların nəzəri-diqqətdən kənarda qalıbmış. Artıq yazılar yazılır, təbliğat aparılır, hətta fevralın 2-də Moskva Beynəlxalq Münasibətlər İnstitutunda mövzu ilə bağlı konfrans da nəzərdə tutulur. Lakin səfirilik sükuta üstünlük verir. Nə tədbirin qarşısını almaq, nə də alternativ bir tədbir təşkil etmək barədə düşünən var.

 

İndi də təqdim etdiyimiz fotoya baxın. Azərbaycanın səfiri adını daşıyan şəxs Rusiyada yuvalanmış seperatçı Fəxrəddin Abbasovun (on je, Abaszade, on je Aboszoa, a prosto izmennik rodinı) qəyyumluğunda olan "Soyuz Talışskoy Molodyoji” deyilən qurumun tədbirində, Abbasov-Hümbətov cütləşməsinin rəmzi olan bayrağın önündə foto verir.


Bu həmin təşkilatdır ki, səfirliyin önündə aksiya keçirir, Azərbaycan dövlətini az qala soyqırımında ittiham edən şüarlar yayırdı. Sonra da onları dilə tutub dağılışmağa səsləyən səfirliyin işçilərini öz səhifələrində ələ salırdırlar. Təşkilatın öz illik hesabatından çıxarış:


-"25 декабря руководство СТМ поздравило талышского ученого, политолога, политика, историка, философа, спикера Народного Меджлиса (парламента) Талыш-Муганской Автономной Республики и одного из лидеров Талышского национального движения Фармони Фахратдин Аббосзода. Аксаккалу был подарен талышский исторический флаг”.

 



 

Yəni təşkilat haqda məlumatlı deyildik demək kimi bir bəhanəyə əsas yoxdur. Biz jurnaistlərin izləyib xəbər tutduğumuz qurumlar haqda səfirlik dünəndən məlumatlı olmalı idi. Azərbaycanlı fəallar haqlı olaraq irad tuturlar - " Səfir statusunda olan bir şəxs kimi sənin Azərbaycanın torpaqlarına ərazi iddiasında olan xain separatçıların o tədbirində nə işin var? Siz təsəvvür edirsinizmi ki, Türkiyənin hər hansısa bir səfiri gedib PKK-nın tədbirində belə bayraq önündə şəkil çəkdirsin?”


Heç biz də təsəvvür etmirik. Görünür, səfirin başı Rusiyanın dəstəyilə YUNESKO-ya sədr getmək sevdasına o qədər uyub ki, dəstək əmələ çevrilməsə də, özünü borclu sayır. Və Rusiyanın bəlli çevrələrinin həmin qurumları Azərbaycan əleyhinə necə istifadə etməsinin fərqinə varmadan onlara ağuş açır. Gününü İsmayıl Şabanovun, Fəxrəddin Abbasovun separatçı tədbirlərində yola verir. Təki, baş tutmamış qara sevdalar zamanı verilmiş dəstəyin əvəzi çıxılsın. Bu zaman özünü Azərbaycanın deyil, Rusiyadakı həmin çevrələrin səfiri kimi də aparmaq olar.

 

P.S. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu haqqında yayımlanan bu xəbərlərdən sonra mövzuyla bağlı geniş araşdırma apardıq. Araşdırmalar nəticəsində səfirin yer aldığı şəkilin foto-montaj olduğu və öncədən hazırlanaraq sosial şəbəkələrə sızdırıldığı ortaya çıxdı.

XƏBƏR LENTİ