00:03 çərşənbə, 20 Iyun 2018
KRİMİNAL

Polis məntəqəsinə hücum - 8 polis öldü

20:56, 20.02.20181917
Polis məntəqəsinə hücum - 8 polis öldü

Əfqanıstanın qərbində "Taliban” silahlıların polis məntəqəsinə hücumu nəticəsində 8 polis işçisi həyatını itirib.

Bəzi mənbələrə görə, hücum nəticəsində 20, "Taliban”a görə isə 26 polis ölüb.

Farah qubernatorunun sözçüsü Məhəmməd Nasir Mehrinin məlumatına görə, hücumdan sonra Balabulaq qəsəbəsinə cəlb olunan təhlükəsizlik qüvvələriylə taliban silahlılar arasında qarşıdurma baş varib. Nəticədə 13 terrorist zərərsizləşdirilib.

Qeyd edək ki, son zamanlar "Taliban” terror təşkilatı Əfqanıstanda ardıcıl teraktlarla çoxsaylı insan ölümünə səbəb olub.

 

qafqazinfo

XƏBƏR LENTİ